2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Əməkdar artist: “Alt paltarımı yuxarı qaldırıram” – VİDEO

“Yazırlar ki, intim şəkillərim var, vecimə deyil”

“ARB Ulduz”un “Şou-məkan” verilişinin növbəti qonağı əməkdar artist Mehriban Xanlarova olub.

Efirlərdən hər zaman gur avazı gələn, istədiyi sözü tərəzidə çəkmədən birbaşa ünvanladığı adamların üzünə çırpan Mehriban Xanlarova yənə də od püskürüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bəzən elə olur ki, hansısa bir sözü demək lazımdır. Kimsə deyə bilməyəndə mən deyirəm, bəzi insanların xoşuna gəlmir. Amma sonradan o insanlar fikirləşirlər ki, Mehriban düz deyib. Mən durduğum yerdə dəli deyiləm ki, nəsə deyəm. Deməli, məni qıcıqlandıran bir məqam olur, haqsızlıq olur, ona görə də cavab verirəm”.

Addımbaşı özü haqqında çıxan xəbərləri oxuyub, necə deyərlər, cin atına minən aktrisa belə olanda da düz oturub tərs danışanları “ağ yuyub qara sərməyi” də əla bacarır.

“Bildilər-bilmədilər yazırlar. Axırda mən belə bir mesaj göndərdim. Mənsiz heç bir yazı çıxmayacaq. Çıxsa, o insanları məhkəməyə verəcəm. Məndən soruş də. Ən düzünü mən deyərəm. Axı mən heç kəslə kobud danışmamışam”.

Ağ vərəqə mürəkkəb dağıdıb korlayan insanlar üçün ləkə salmaq çətin iş deyil. Aktrisanın ünvanına söylənən fikirlərə isə onun hər zaman tutarlı cavabı var.

“Heç kəs ağ vərəq deyil. Axtarsaq, o vərəqdə çox ləkələr taparıq. Mən demirəm, aydan arı, sudan duruyam. Bu gün əgər mən Mehriban  Xanlarovayamsa, özüm gəlib Mehriban Xanlarova olmuşam. Xalqın sevgisini qazanmaq asan deyil. Bu gün mən xoşbəxt aktrisalardanam ki, məndə xalqın sevgisi var.

Yazırlar ki, Mehribanın intim şəkilləri var. Görmüsüz? Yoxdur, yalandan bu niyə yazılsın? Əgər varsa, çıxarın ortaya. Bəzi tamaşaçılar altdan nə gəldi yazırlar. Ey yazanlar, sizin yazdıqlarınız mənim vecimə deyil”.

Mehriban xanım bir vaxtlar çəkildiyi bədii filmdən, orada canlandırdığı obrazdan, açıq-saçıq səhnələrə necə gəldi münasibət bildirən insanlardan da danışdı.

“”Sahilsiz gecə”də mən alt geyimimi yuxarı qaldırıram. O filmdə oynamağıma peşman deyiləm. O vaxt demişdilər ki, guya məni döyüblər, Şahmar Ələkbərovu döyüblər. Heç kim məni döyməyib, heç kim mənə söz deməyib.

Dırnaqarası kişiciklərimiz nə yaxşı oturub Türkiyənin bütün seriallarına baxırlar. Orada açıq səhnələr yoxdur bəyəm? Var. Ancaq bu gün mən bir açıq səhnəyə çəkilsəm, adi bir öpüş səhnəsi olsa, yazılanların beş qat artığını yazarlar”.

Bir vaxtlar alovlanan Flora Kərimova və Zeynəb Xanlarova qalmaqalına da münasibət bildirən Mehriban xanım hansı tərəfi üstün tutdu?

“Flora xanıma hörmət bəslədiyim qədər, bəlkə, kimsə hörmət bəsləməzdi. Mən Flora xanımdan bu hərəkəti gözləməzdim. Çaşıb qalmışdım. Həmin dəqiqə cavabını verdim. O demək deyil ki, Zeynəb Xanlarova mənim bibimdir. Zeynəb Xanlarova – dünya şöhrətli Zeynəb Xanlarovadır. Mən ona görə cavab verdim”.

 

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button