2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan-Davudoğlu qarşıdurmasına görə türk lirəsi kəskin ucuzlaşdı

Türkiyənin milli valyutası may ayının 4-5-də dollarla müqayisədə 7,2% dəyərdən düşüb.

“Report” xəbər verir ki, dolların məzənnəsi mayın 4-də 2,78 TRY/USD səviyyəsindən bu gün, mayın 5-də 20 bənd və ya 7,2% artaraq 2,98 TRY/USD-yə kimi yüksəlib.

Lirənin bu qədər kəskin ucuzlaşmasına səbəb isə Türkiyə prezidenti R.T.Erdoğan ilə baş nazir A.Davudoğlu arasındakəı anlaşılmazlığa görə yaranan siyasi böhran göstərilir. Qeyri-rəsmi məlumatlara görə, baş naziriin istefa verəcəyi bildirilir. Belə olduğu halda, dolların məzənnəsinin 3,00 TRY/USD səviyyəsini də keçəcəyi ehtimal edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, İstanbul Birjasının əsas göstəricisi sayılan BİST-100 indeksi son 3 gündə 6 000 bənd və ya 7% azalaraq 79 000 səviyyəsinə enib.

Analitiklər siyasi böhranın davam edəcəyi təqdirdə indeksin 75 000-ə qədər geriləcəyini proqnozlaşdırırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button