2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

40 türk zabiti Almaniyadan sığınacaq istədi

NATO strukturlarında çalışan 40 türk hərbiçisi Almaniya hökumətindən sığınacaq istəyib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Almaniyanın “Deutshce Welle” nəşri yazıb.

Nəşrin yazdığına görə, sığınacaq istəyənlərin əksəriyyəti yüksək rütbəli zabitlərdir. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə (BAMF) və Almaniya Daxili İşləri Nazirliyi müraciətlə əlaqədar prosedurlara başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Deutshce Welle” yazır ki, Almaniya Konstitusiyasının 16-cı maddəsinə görə, siyasi səbəblərə görə təqib olunan şəxslərin Almaniyadan sığınacaq tələb etmək haqqı var.

“Spiegel” nəşrinə danışan Xristian Sosial İttifaqının (CSU) rəsmisi Stefan Mayer bildirib ki, Almaniyadan sığınacaq istəyən türk hərbiçilərin Türkiyəyə göndərilməsi düzgün deyil. “Bu hərbiçilər Türkiyədə dərhal həbsxanaya salınacaq”, – deyə partiya rəsmisi əlavə edib.

“Spiegel”ə danışan iki türk zabit isə iyulun 15-də baş verən hərbi çevriliş cəhdi ilə əlaqələrinin olmadığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button