Bizim tərcümə

73 il keçsə də Türkiyəni unutmadılar… Cənubi Koreyadan növbəti jest

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-14 15:58:01

class=”medianet-inline-adv”>

Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaralarını sağaltmağa çalışarkən dünya az qala Türkiyə üçün səfərbər olur.

Saytların yığılması Saytlarin yigilmasi

Bir tərəfdən yeni möcüzələr üçün meydanda olan xarici qruplar türk həmkarları ilə birlikdə axtarış-xilasetmə işlərini davam etdirərkən, Türkiyəyə yardımlar da aramsız olaraq davam edir.

Cənubi Koreyadan gələn xəbər isə Seulun 73 il əvvəl Türkiyəyə etdiyi yardımı unutmadığına dair şərhlərin edilməsinə səbəb olub.

Cənubi Koreyalı millət vəkilləri maaşlarının üç faizini Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə bağışlamaq qərarına gəliblər.

Yonhap xəbər agentliyinin məlumatına görə, Türkiyə və Suriyada fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkmiş təbii fəlakət qurbanlarına təcili dəstək tədbirlərini ehtiva edən qətnamə parlamentdəki 229 deputatdan 228-i tərəfindən təsdiqlənib. Bir deputat isə səsvermədə bitərəf qalıb.

class=”medianet-inline-adv”>

Qərar həmçinin Türkiyə və Suriyada axtarış-xilasetmə və yenidənqurma işlərinin dəstəklənməsini, zəlzələ bölgəsində Koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsini nəzərdə tutur.

Prezident Yoon Suk Yeol dünən Türkiyəyə bütün mövcud resursları səfərbər etməyi tapşırıb.

Cənubi Koreya Türkiyəyə axtarış-xilasetmə qrupu göndərmişdi. Yonhap bildirib ki, Cənubi Koreya qrupları indiyədək dağıntılar altından 8 nəfəri xilas edib.

Hökumət bölgəyə dəstək qrupu, həmçinin tibb işçiləri və əlavə yardım ləvazimatları göndərməyi planlaşdırır.

Türkiyə ordusu işğal altındakı Cənubi Koreyaya göndərilən beynəlxalq hərbi qüvvələrin tərkibində idi.

1950-ci ildə başlayan və 3 il davam edən müharibə 200 minə yaxın insanın ölümünə səbəb olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button