AXCP üzvü Saleh Rüstəmov: “Həkim dedi, sənə xəlvəti yemək gətirim, vallah heç kim bilməz”

Saleh Rüstəmov həbsinə etiraz olaraq 2021-ci ilin noyabrın 6-dan 40 günlük aclıq keçirdi.
Düşünür ki, aclıq aksiyasının nəticəsi olaraq bu gün azadlıqdadır.
O, doğulduğu Gədəbəy rayonundan yaşadığı Rusiyaya geri dönmək istəyərkən 2018-ci ilin mayında həbs olunub.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmənin qərarı ilə S. Rüstəmov 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmənin qərarı ilə cəzasından 2 ay çıxılıb.
O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.
Rüstəmov ittihamları qəbul etməyib və həbsinin siyasi sifariş olduğunu bildirib.
O bildirir ki, “Bandotdel”-də saxlanılarkən ona işgəncə verərək Əli Kərimlinin əleyhinə ifadə verməsini istəyiblər.
Saleh Rüstəmov Rusiyaya, ailəsinin yanına qayıdacaq.