2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Azərbaycanda Tikinti Nazirliyi yaradılır?

Korrupsiya mənbəyi olan idarələr nazirlərin nəzarətindən çıxarılır

Növbəti aydan dövlət qurumlarında struktur dəyişikliklərinə start verilə bilər. Bu barədə 24saat.org-a daxil olan məlumatda deyilir.

Bildirilir ki, struktur dəyişiklikləri maliyyə böhranı ilə bağlıdır. Böhran dərinləşdikcə, hökumət bir-birini təkrarlayan qurumları ya ləğv etmək, ya da birləşdirmək qərarına gəlib. Məlumata görə, struktur dəyişiklikləri dövlət qurumlarının əhəmiyyətli hissəsini əhatə edə bilər. Bu halda yüzlərlə adamın işsiz qalacağı gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin hökumət işsizlər ordusunun artmasından narahat deyil. Hökuməti narahat edən gözlənilən maaş böhranıdır. Maaş böhranının simptomları artıq özünü göstərməkdədir. Bəzi dövlət qurumlarında əmək haqları aylardır gecikir. Bəzi qurumlar ixtisarlar aparsalar da, vəziyyət düzəlməyib.

Məlumatda həmçinin qeyd edilir ki, nazirliklərin nəzdində olan tikinti idarələri də ləğv ediləcək. İddialara görə, bu idarələr yeni qurumda birləşdiriləcək.

Bəzi məlumatlara görə, yeni qurum Tikinti Nazirliyi adlandırılacaq. Bu dəyişiklik həm işçilərin sayını azaltmaq, həm də bu idarələr vasitəsilə dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını almaqdır.

Sirr deyil ki, əksər nazirliklərdə tikinti idarələrinə korrupsiya mənbəyi kimi baxılır. Artıq hökumət tikinti idarələrini bir qurum altında birləşdirməklə bu sahəyə ayrılan pulları tam nəzarətdə saxlamaq niyyətindədir.

Xatırladaq ki, deputat Zahid Oruc 2015-ci ildə dövlət büdcəsi ilə bağlı aparılan müzakirələr zamanı Tikinti Nazirliyin yaradılması təklifi ilə çıxış edib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button