2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bəxtiyar Hacıyevin həbsindən apelyasiya şikayəti verilib

Yayımlandı: 12 Dekabr 2022 20:00

Vəkili: “Bəxtiyar Hacıyev zərərçəkmişdir”

İctimai fəal Bəxtiyar Hacıyev haqqında həbs qərarından apelyasiya şikayəti verilib. Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, dekabrın 13-də Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs saxlama şəraitindən, ona qarşı rəftardan şikayətçi deyil.

Aqil Layıc vurğulayıb ki, Bəxtiyar Hacıyev heç bir cinayət törətməyib. Əksinə, o zərərçəkəndir. Vəkilin sözlərinə görə, hətta bunun əksi olsaydı belə, yenə də Bəxtiyar Hacıyevin ittiham olunduğu maddələrlə istintaq dövründə həbs qətimkan tədbiri seçilməsi ağlabatan deyil. Xüsusən nəzərə alınmalıdır ki, söhbət Bəxtiyar Hacıyev kimi nüfuzlu şəxsdən gedir:

“Bu maddə ilə həbs seçilən ilk adamdır, təcrübəmə əsasən. O, cinayət törətməyib, əksinə zərərçəkəndir…”

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Cinayət Məcəlləsinin 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, yaxud 1 ilədək islah işləri və ya 1 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 289.1 maddəsində isə 500 manatdan 1000 manatadək  cərimə və ya 320 saatdan 400 saata qədər ictimai işlər və ya 6 aya qdər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Bu iş üzrə uzun müddət idi ki, Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedirdi. Bəxtiyar Hacıyev dəfələrlə polisin məsələni obyektiv araşdırmamasından şikayətlənib, hətta buna görə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirməyə cəhd göstərib.

Lakin Daxili İşlər Nazirliyi onun iddialarının əsassız olduğunu bəyan edirdi.

Bəxtiyar Hacıyev zaman-zaman sosial media hesablarında daxili işlər naziri Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button