Bizim tərcüməDünya

Baydenin çağırışı ilə istirahət etdi! Ölkəsi ocaq yerinə dönən Netanyahudan ‘xarici təzyiqlər’: “İsrail ilə ABŞ arasında…”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Son zamanlar dünya gözünü İsrailə çevirib. Məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran islahat geniş ictimai əks-səda doğurdu və kütləvi etirazlara səbəb oldu. Etirazların şiddətləndiyi bir vaxtda ABŞ prezidenti Co Bayden Netanyahunu islahatlardan əl çəkməyə çağırıb. Netanyahu isə bu çağırışa reaksiya verərkən danışılacaq bir mesaj verdi.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir Netanyahu sosial media hesabındakı paylaşımında aşağıdakı ifadələrdən istifadə edib:

“Mən prezident Baydeni 40 ildən çoxdur ki, tanıyıram və onun İsrailə olan bağlılığını yüksək qiymətləndirirəm. İsrail və ABŞ arasındakı müttəfiqlik sarsılmazdır və aramızda olan zaman-zaman fikir ayrılıqlarını aradan qaldırır. Mənim administrasiyam geniş konsensusla nail olmaq istədiyimiz hökumətin üç qolu arasında düzgün balansı bərpa etməklə demokratiyanı gücləndirmək əzmindədir. İsrail suveren bir ölkədir və qərarlarını ən yaxın dostları da daxil olmaqla kənar təzyiqlərlə deyil, öz xalqının iradəsi ilə verir”.

123

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Bayden, Netanyahunun məhkəmə islahatının qanuna çevrilməmişdən əvvəl ondan vaz keçəcəyinə ümid etdiyini bildirib və “Onlar bu yola davam edə bilməzlər” deyib.

“İsrailin bir çox güclü tərəfdarları kimi mən də çox narahatam və onların bunu düzgün başa düşməsindən narahatam. Ümid edirəm ki, baş nazir real kompromis əldə edə biləcək şəkildə hərəkət edəcək”, – Bayden deyib.

Netanyahunun Ağ Evə dəvət olunub-olunmayacağı ilə bağlı suala Bayden “Xeyr, tezliklə olmaz” cavabını verib.

(İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button