Loading...
Loading...
Dünya

Belarus məhkəməsi Azadlıq Radiosunun müxbirinə 6 il həbs cəzası kəsdi

Məhkəmə jurnalisti “ekstremist qrup yaratmaq” da təqsirli bilib.

Belarus məhkəməsi Azadlıq Radiosu Belarus xidmətinin müxbiri Andrey Kuzneçikə 6 il həbs cəzası kəsib.

Azadlıq Radiosu Nastoyaşie Vremya TV proqramının məlumatına görtə, bu barədə iyunun 8-də onun həyat yoldaşı özünün Feysbuk səhifəsində yazıb.

Mənbə yazır ki, iyunun 8-də Mogilev Vilayət Məhkəməsində qapalı məhkəmə prosesi keçirilib və jurnalist “ekstremist qrup yaratmaq” maaddəsi ilə təqsirli bilinib. Proses bir neçə saat sürüb.

Andrey Kuzneçik “Azadlıq” radiosu Belarus xidmətinin teleqram kanalını idarə edirdi.

Jurnalist 2021-ci il noyabrın 25-də saxlanıb.

Onun mənzilində axtarış aparılıb, təhlükəsizlik qüvvələri telefonlar, kompüterlər və digər avadanlıqları müsadirə edib.

Hökumətyönlü teleqram kanallarının məlumatına görə, noyabrın 26-da Minsk məhkəməsi onu “xırda xuliqanlıq”da təqsirli bilərək 10 sutka həbs cəzasına məhkum edib.

Bu müddət bitdikdən sonra jurnalistin həbs müddəti eyni maddə ilə daha 10 sutka uzadılıb. Jurnalist həmin vaxt bütün ittihamları rədd edib.

Ötən il dekabrın ortalarında ikinci müddət başa çatsa da jurnalist azadlığa buraxılmayıb. Qohumlarına onun barəsində cinayət işi açıldığı bildirilib, amma bunun hansı maddə ilə bağlı olduğu barədə heç nə deyilməyib.

Belarusun təhlükəsizlik qüvvələri 2021-ci ilin iyulunda “Azadlıq” radiosu Belarus xidmətinin Miskdəki ofisinə soxulub.

Reyd zamanı bir neçə jurnalist saxlanıb və bir qədər sonra ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıblar.

Belarusun Daxili işlər Nazirliyi dekabrın 3-də“Azadlıq” radiosu Belarus xidmətinin internet resurslarını “ekstremist birləşmə” kimi tanıyıb.

2022-ci il martın 3-də məhkəmə “Azadlıq” radiosu Belarus xidmətinin jurnalisti Oleq Qruzdiloviçi bir il yarım azadlıqdan məhrum edib.

O, akkreditasiyasının ləğvindən sonra icazəsiz mitinqdə iştirakda ittiham edilib. Qruzdiloviç ittihamı rədd edir. O aksiyada iştirak etmədiyini, sadəcə işini gördüyünü, hadisə yerindən reportaj hazırladığını bildirib.

Onun sözlərinə görə, akkreditasiyanın olmamasına baxmayaraq, o, həmin vaxt , həmçinin “Narodnaya volya” qəzetinin müxbiri olub.

24 saat” “
Belarus məhkəməsi Azadlıq Radiosunun müxbirinə 6 il həbs cəzası kəsdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Avropa Parlamenti Gürcüstan, Ukrayna və Moldovaya namizədlik statusu verməyə çağırdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button