2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bosniyadan Türkiyəyə tərs cavab:“Ankara bizi rahat buraxsın!”

Türkiyə-Hollandiya arasında yaşanan gərginliyə hər gün yeni bir polemika mövzusu əlavə olunur. Bu gün mövzuyla əlaqədar ən maraqlı açıqlama isə Bosniyadan gəlib.

Türkiyənin Hollandiyanı Srebrenika soyqırımına laqeyd qalmaqda günahlandırmasını boşnaq ictimai xadim Həsən Nuhanoviç oportunizm(birisinin fəlakətindən faydalanma) cəhdi kimi qiymətləndirib.

Nuhanoviç Bosniyanın məşhur xəbər portalında dərc olunan yazısında bildirib ki, bir gün adəti üzrə səhər qəhvəsini içərkən, yenə “Facebook”a baxıb. Kahraman Halisçelik adlı türk jurnalistinin 1995-ci ildə serb ordusu və polisi tərəfindən Srebrenika qəsəbəsində törədilən soyqırıma sülhyaradıcı missiya həyata keçirən holland əsgərlərini laqeyd qalmaqda günahlandırdığını görüb: “Halbuki, indiyə qədər həmin jurnalist öz profilində soyqırımın qəsdən təşkil olunmadığını dəfələrlə qeyd edirdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistin bir-birinə zidd bu ikili mövqeyini bərk tənqid atəşinə tutan  boşnak ictimai xadiminin fikrincə, Türkiyə-Hollandiya arasında hazırkı böhran meydana çıxmasaydı, Srebrenika qətliamı da yada düşməyəcəkdi. “Əgər Türk rəsmisinin təyyarəsi bu ölkəyə ensəydi, Hollandiya da Srebrenika soyqırımı zamanı “Avropadan müsəlmanların təmizlənməsi“nda günahkar olmayacaqdı. Türk müxbirinin Srebrenika soyqırımı haqqında düşüncələri o təyyarənin hava limanına enib-enməməsiylə əlaqədardır”.

Bosniyalıların Hollandiya və Türkiyə arasında yaşanan gərginliklə ilə heç bir əlaqəsi olmadığına inanan Nuhanoviçə görə, jurnalistin qələmə aldığı yazıda yeganə həqiqət var- boşnakların müsəlman olması.

Ratko Mladiçin 11 iyul 1995-ci il tarixində “Srebrenikada “Türklərdən intiqam alırıq” dediyini, ancaq Ankaranın buna mənalı heç bir reaksiya vermədiyini xatırladan Nuhanoviç Türkiyənin NATO-dakı  missiyasını da kiçimsəyib və Ankaranın soyqırımı dayandırmaq üçün bir şey etmədiyini vurğulayıb.

Nuhanoviç yazısını belə bitirir: “Buna görə də Türkiyə, Hollandayla olan problemini özü həll etsin və Srebrenika soyqırımından alət kimi istifadə etməsin və bizi rahat buraxsın.”

Qeyd edək ki, Həsən Nuhanoviç qətliamın yaşandığı dövrlərdə UNPROFOR (BMT-nin qoruma gücü) üzvləri üçün tərcüməçilik edirdi. Qətliamdan sonra o, Hollandiya əsgərlərinin mülki vətəndaşları qorumadığı iddiasıyla beynəlxalq məhkəmələrə şikayət edib və Srebrenika qətliamıyla bağlı çox sayda məqalələr yazıb.

Heydər Oğuz

Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button