2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Britaniya mətbuatı: Neçə dəqiqəyə yuxuya getmək normaldır?

Fotonun müəllifi
Thinkstock

Saytların yığılması Saytlarin yigilmasi

Əgər “başınızı atan kimi yatırsınızsa”, deməli ya kifayət qədər yuxu almırsınız, ya da ola bilsin, ciddi yuxu pozuntunuz var.

Gün ərzində kifayət qədər yuxu alıb-almadığınızı müşahidə edin. Arabir mürgü vurmağınız və ya qavrayışınızın sürətdən düşməsi narahatçılıq üçün əsas ola bilər.

Xoruldamağın yuxunuzun keyfiyyətinə mənfi təsir göstərir. Ekspertlərin fikrincə, artıq çəkidən xilas olmaq, yatış pozanızı dəyişmək, alkoqol və siqareti azaltmaq kimi dəyişikliklər yuxunun keyfiyyətinə yaxşı təsir edə bilər.

Yuxu nəfəsdaralması yuxuya getməyinizə maneçilik törədə bilər. Əslində bu halda yatmaq təhlükəlidir. Gecələr xoruldayırsınızsa, bu gündüzlər sizi yuxu tutması ilə təsirləndirə bilər.

Yuxuya getmək üçün sizə bir saat və daha artıq vaxt lazım gəlirsə…

Bu ondan xəbər verə bilər ki, siz normadan artıq yatırsınız və ya yuxusuzluq xəstəliyindən əzab çəkirsiniz.

Milli Yuxu Fondu bildirir ki, yuxuya gedə bilməmək narahatlıq və streslə bağlı ola bilər.

Yatmazdan əvvəl bir xeyli kafeinli içkilər qəbul etmisinizsə, yuxuya getməyiniz çətinləşəcək.

Yatağa nə vaxt girməli?

Səhər 7-də yuxudan gümrah qalxmağınız tələb olunursa, yatağa nə vaxt uzanmalısınız? Bunu mümkün qədər tez etmək o qədər də kömək etmir.

Bəziləri öz yuxu normalarını bilirlər və yatağa uzanmaq vaxtlarını da bununla hesablayırlar.

Ekspertlər bildirirlər ki, əgər arada yuxudan oyanırsınızsa, bu, nə qədər yatmağınızdan asılı olmayaraq yorğunluq yarada bilər.

Ən yaxşısı yuxunun normal siklləri arasında oyanıb yatmaqdır. Normal yuxu sikli 90 dəqiqə çəkir. Yəni 90 dəqiqəni oyanmadan yatmasınız, səhər yorğun olacaqsınız.

Bu mənada, əgər yuxudan səhər 7-də oyanmalısınızsa, yatağa ya 9:46, ya da 11:16-da girməlisiniz.

Bu xoşunuza gəlmirsə, gecə 12:46 və ya 2:16 da işə yarayar. Ekspertlərin fikrincə normal yuxuya getmək müddəti orta hesabla 14 dəqiqədir.

Neçə dəqiqəyə yuxuya getmək normaldır?

“The Mirror” yazır ki, havalar isindikcə gecələr yuxuya getmək çətinləşir.

Amma yatağa girdikdən neçə dəqiqə sonra yuxuya getmək normal sayılır?

Britaniya Milli Yuxu Fondunun yazdığına görə yorğanın altına uzanandan 10-20 dəqiqə sonra yuxuya dalmaq normaldır.

Əgər bundan tez və ya gec yuxuya gedirsinizsə, deməli orqanizminizin sizə “sözü var”.

Odur ki, yuxuya getməklə bağlı ciddi narahatçılığınız varsa, həkimə müraciət etməkdən çəkinməyin.

Berlin Almaniya türklərindən Ankaraya “xəbərçilik edənləri” axtarır

Fotonun müəllifi
Adam Berry/Getty Images

Image caption

Almaniyanın daxili işlər naziri Thomas de Maiziere Türkiyəyə xəbərdarlıq edib ki, alman torpaqlarında casusluğa imkan verilməyəcəkdir.

“The Guardian” yazır ki, Almaniya prokurorluğu Türkiyə xəfiyyələrinin bu ölkədə müsəlman vaizi Fethullah Gülen tərəfdarı olmaqda şübhəli sayılan türklərdən casusluq etdiyinə dair iddiaları araşdırdığını bəyan edib.

Almaniya nazirlərindən biri Türkiyəni Gülen tərəfdarlarına qarşı “amansız və qeyri-məqbul” casusluqda ittiham edib.

Məqalədə deyilir ki, bu kimi ittihamlar iki NATO üzvü olan ölkə arasında insan haqlarına görə gərginləşmiş münasibətləri daha da tarıma çəkib.

Aşağı Saksoniyanın daxili işlər naziri Boris Pistorius deyib: “Aydındır ki, Türkiyənin gizli kəşfiyyat xidməti MİT Almaniyada yaşayan insanlar barədə məlumat toplayır”.

Erdoğan hökuməti bundan əvvəl Almaniyadan Gülen tərəfdarı olduqları iddia edilən 300-dək türkiyəli barədə məlumat verməsini xahiş etmişdi.

Pistorius deyib ki, Türkiyənin Almaniyanın BND kəşfiyyat xidmətinə göndərdiyi siyahı yerli hakimiyyət orqanlarına ötürülüb.

Buna baxmayaraq Pistorius nazir olduğu Aşağı Saksoniyada 10-dan artıq casusluq hədəfini bundan xəbərdar edib. Bu hədəflərə bir məktəb və azı iki şirkət daxildir.

Rəsmilər narahatdırlar ki, Gülen tərəfdarları olduqları iddia edilən şəxslər Türkiyəyə səfər edərlərsə, təhlükə ilə üzləşə bilərlər.

Nazir deyib ki, Türkiyə hakimiyyəti əlində heç bir sübutun olmamasına baxmayaraq şübhəliləri təqib etməkdə “paranoya həddinə” çatıb.

“Biz bugünədək Gülen tərəfdarlarının hər hansı qanunları pozduqlarının şahidi olmamışıq” – deyib nazir.

Almaniya mediası xəbər verir ki, Türkiyə rəsmiləri adlar, ünvanlar, telefon nömrələri və fotolar daxil edilmiş siyahıları Almaniya xüsusi xidmətlərinə Münhendə keçirilən təhlükəsizlik sammiti zamanı təqdim ediblər.

Fotonun müəllifi
Reuters

Image caption

Erdoğan, Avropa liderləri ona “diktator” dedikcə, o da onlara “nasist” deyəcəyini elan etmişdi.

İndi isə Almaniyanın federal prokurorluğu Türkiyənin bu məlumatları hansı yollarla əldə etdiyini araşdırır.

Prokurorluğun sözçüsü Frauke Koehler deyib ki, bu araşdırma üçün Almaniyanın əks-kəşfiyyat orqanlarının əlində olan məlumatların prokurorluğa verilməsi lazımdır.

Bu arada Almaniyanın daxili işlər naziri Thomas de Maizière Türkiyəyə xəbərdarlıq edib ki, alman torpaqlarında casusluq cinayət sayılır və buna heç bir şəkildə imkan verilməyəcəkdir.

Hazırda ABŞ-da yaşayan 75 yaşlı Gülen Türkiyədə ötən iyulda yer almış uğursuz çevriliş cəhdi ilə heç bir əlaqəsinin olmadığını söyləyir.

Türkiyədə Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən 41 min nəfər həbs olunub, daha 100 min nəfər işdən qovulub.

Ötən fevral ayında Almaniya polisi Türkiyə hökumətinə Almaniyadakı türklərdən casusluqda şübhəli bilinən dörd imamın evinə reyd keçirmişdi.

2017 bolşeviklərin 1917-sinə bənzəyir

“The Economist” məcmuəsində Adrian Wooldridge yazır ki, 2017-ci il özünün bir çox cəhətləri ilə Rusiya inqilabını yetişdirmiş 1917-ci ili xatırladır.

Məqalədə deyilir ki, 2014-cü il, qanlı Birinci Dünya Müharibəsinin başlandığı 1914-ə bənzəyir. 2017-ci il isə sanki Vladimir Lenin və bolşevikləri hakimiyyətə gətirmiş 1917-ci il kimidir.

Bundan sonra gələn stalinizm dövründə isə kütləvi kollektivləşdirmə və sənayeləşdirmə 20 milyon insanın yox olmasına bais siyasi repressiyalara yol açıb.

Bu dövrdə Hitler, Mussolini və Franco-nun hakimiyyətə gəlməsi də bir növ kommunizmə cavab reaksiyası idi. Wooldridge yazır ki, məhz buna görə də İkinci Dünya Müharibəsinin sonlarından Qərb istər soldan, istəsə də sağdan gələn avtoritarlığın qarşısını almaq üçün çox çalışmalı olmuşdu.

Müttəfiqlər qlobal təsisatların silsiləsini – Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və BMT-ni yaratmışdılar.

Bu dövrdə bir çox ölkələr sosial təminat sistemi qurmağa çalışırdılar. Amerika əvvəlcə Sovet İttifaqının durdurulmasına, sonra isə çökməsinə səbəb olmuş çəkindirmə siyasəti yürüdürdü.

“Lakin indi, bu qızıl zəmanə başa çatmaqdadır, -yazır müəllif, – Bu dəfə atəş soldan yox, sağdan açılıb. Britaniyada Brexit, Amerikada Donald Trump baş verib. Lakin buna baxmayaraq liberal nizamın çökdüyü 1917-ci illə 2017-nin bənzərliyi heyrətamizdir”.

Rusiya inqilabınadək ötən 40 ildə liberallığın təntənəsi dövrü idi. Britaniyanın liderliyi ilə azad ticarət dünyanı bir araya gətirmişdi. Liberal demokratiya Amerika və Britaniyada və bəzi başqa yerlərdə zəfər çalmışdı.

Bunun ardınca 1980-lərdə Amerikanın başlatdığı qlobalizm çövlan edirdi. Demokratiya kimi tanınan ölkələrin sayı artırdı. Sağ və sol siyasətçilər “Washington konsensusu” uğrunda rəqabət aparırdılar.

Bu dövrdə dünyanın yaxası daha bir dağıdıcı müharibədən qurtarmışdı. Amma başqa parallellər də diqqətəlayiqdir. Amerikada Trump nəinki liberal nizamı, azad ticarəti məhv etməyi planlaşdırır, o hətta xatakar rejimlərə qarşı sipər çəkən alyansları zəiflətməyə hazırlaşır.

Qloballaşma başa çatıb?

Britaniyada Theresa May öz ölkəsinin Avropa İttifaqından çıxmasına çalışır. Cənab Trump-ın təntənəsi xüsusən də Putin və Le Pen kimi avtoritarları cəsarətləndirəcək.

Adrian Wooldridge yazır ki, belə bir vəziyyətin yaranmasına elə demokratların özləri bais olublar. ABŞ-da demokratlar Hillary Clinton-un namizədliyini verməklə məğlubiyyətlə üzləşiblər, Britaniyada isə David Cameron birbaşa demokratiya eksperimenti aparmasaydı, yəqin ki, Brexit də olmazdı.

Qlobal iqtisadiyyat da bu dövrdə əsasən 1 faiz təşkil edən supervarlıları mənfəətləndirib. Onların gəlirləri 1979-cu ildə dünya sərvətinin 8 faizini təşkil edirdisə, bu rəqəm 2007-ci ildə iki dəfə artaraq 17 faiz olub.

Fotonun müəllifi
AFP

Image caption

Cənab Trump-ın təntənəsi xüsusən də Putin və Le Pen kimi avtoritarları cəsarətləndirəcək.

Məqalədə deyilir ki, görəsən liberallar liberal nizamın qalan nailiyyətlərini qoruyub saxlaya bilərlərmi? Adrian Wooldridge-in fikrincə bunun ən vacib üsulu liberalizmin Putin kimi düşmənlərini ifşa etməkdir.

Başqa avtokratlar sinələrinə döymələrinə baxmayaraq Putindən qat-qat zəifdirlər” – yazır Adrian Wooldridge. Lakin iş quru tənqidlə bitmir. Liberallar kapitalizmin xarab hissələrini təmir etməlidirlər. Söhbət ilk növbədə sabitliyi hədələyən bərabərsizlikdən gedir.

Adrian Wooldridge xəbərdarlıq edir ki, qarşıdan 2017-ci ilin oktyabrı gəlir.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button