2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Bu ermənilər tarakan kimi hər yerdən çıxırlar” — Sənət adamları Trampın inauqrasiyasından nə dedi?

Dünən Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçirildi

Maraqlıdır, dünyanın hər yerində izlənilən mərasimi azərbaycanlı sənət adamları da izləyiblərmi?

Ölkə.Az sənət adamları arasında keçirdiyi sorğunu şərhsiz təqdim edib.

Xalq artisti Aygün Bayramova: “Rusiya televiziyalarından izlədim. Tam da olmasa, bir az baxdım”.

Saytların yığılması Saytlarin yigilmasi

Xalq artisti Bilal Əliyev: “Bəli, andiçmə mərasiminə xarici xəbər kanallarından baxırdım”.

Əməkdar artisti Cavan Zeynallı: “Dünən mən də mərasimə baxdım. Ama bu gün oxuduq ki, Trampın komandasında bir erməni var. Doğrusu, bir az məyus olduq ki, bu ermənilər tarakan kimi hər yerdən çıxırlar. Ancaq hələ gözləyək, görək nə olur. Pessimist deyilik”.

Müğənni Əli Mirəliyev: “Ötəri baxdım, kanalları çevirəndə gördüm. Amma tam baxmamışam. Eşitdiyimə görə, onun komandasında bir erməni də var. Onların yanında həmişə ermənilər olub”.

Xalq artisti Mübariz Tağıyev: “Əlbəttə ki, baxdım. Küçələrdə ona qarşı olan mitinqləri də gördüm. Trampın verdiyi vədlər isə çox maraqlıdır. Çıxışında bildirdi ki, Amerikanın hərbi gücü yetərincə deyil. İndi görək nələr edəcək. ABŞ-ın Azərbaycanla əlaqələri normaldır. İstərdik ki, daha yaxşı olsun. Ümidvarıq ki, Azərbaycana da müəyyən köməkliklər olacaq”.

Əməkdar artist İlqar Muradov: “Doğrusu, andiçmə mərasiminə baxmamışam, xəbərim yoxdur. Ümumiyyətlə, siyasətlə maraqlanmıram. Həm də dünən başım qarışıq idi, işlərim var idi”.

Rüfət Axundov: “Donald Trampın andiçmə mərasiminə baxmamışam. Müğənniyəm, mənə mahnıdan sual verin, siyasətə qarışmıram”.

Xalq artisti Samir Cəfərov: “İşlərim var idi deyə, evə də gec gəldim. Ona görə də baxa bilməmişəm”.

Xalq artisti Zaur Rzayev: “Tam yox, amma axırlarına baxa bildim”.

Əməkdar artist Nüşabə Ələsgərli: “Hazırda Şəkidəyəm, bacımın il mərasimidir, ona görə də baxa bilməmişəm”.

Müğənni Manaf Ağayev: “Hüzr məclisimiz var deyə, baxmamışam”.

Hazırladı: İntiqam VALEHOĞLU
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button