2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bu gün Bakıda metroda qatarlarla yanaşı avtobuslar da gecikib

Bu gün Bakıda sərnişin avtobuslarının hərəkətində problemlər yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

BNA-nın sözçüsü bunu yollarda vəziyyətlə əlaqələndirib: “Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb”.
Qeyd edək ki, bu gün səhər saat 08:15-dən etibarən Bakıda metroda qatarların hərəkətində də ciddi gecikmə müşahidə edilib, bəzi hallarda qatarlar 20-25 dəqiqə tuneldə qalıb. Gecikmələr isə öz növbəsində sərnişin sıxlığının yaranmasına səbəb olub. Bakı Metropoliteni QSC-dən bunun “Nəriman Nərimanov” stansiyasındakı idarəvermə avadanlığında baş vermiş texniki nasazlıqla əlaqəli olduğunu bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button