2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Çin Rusiyanı işğal edəcək, ABŞ… – Dəhşətli müharibənin GİZLİ MƏTNİ YAYILDI

 

2017-cü ilin 24 yanvar tarixində Kremlin bəyanatını III Dünya müharibəsinin mətni adlandırmaq olar.

Publika.az xəbər verir ki, rusiyalı politoloq Andrey Pinkovskiy “1941-ci il və 2017-ci il” adlı məqaləsində irəli sürülən fikirlər bunu deməyə əsas verir.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyalı politoloq 1941-ci ilin 13 iyun tarixində SSRİ-nin bəyanatı yayılmışdı: “Həmin vaxt “TASS”-da yayımlanan bəyanatda bildirilirdi ki, Almaniya hücum etməmə haqqında sovet-alman paktına davamlı olaraq riayət edir. SSRİ rəsmilərinin fikrincə, Almaniya Sovet İttifaqına hücum etməyi ümumiyyətlə düşünmür. Balkanlara göndərilən alman qoşunu isə Almaniyanın şərq və şimal-şərq rayonlarının müdafiəsi üçün nəzərdə tutulub. Bu, SSRİ-yə qarşı deyil. Həmin bəyanatın digər punktlarında isə deyilirdi: “SSRİ sovet-alman paktına riayət etmək niyyətindədir. Qırmızı Ordunun Almaniya ilə müharibəyə hazırlaşdığı haqda deyilənlər fitnəkar və təxribat xarakteri daşıyır”. Bu SSRİ-nin güclü rəqib qarşısında geri çəkilməsi idi. Lakin bu bəyanatdan təxminən 10 gün sonra SSRİ dünya müharibəsinə qoşuldu. Əslində həmin bəyanatın verildiyi vaxt SSRİ-nin minlərlə hərbi eşelonu qərb sərhədinə doğru hərəkət edirdi. Bunu gizlətmək çətin idi. Əslində hər iki diktator – Stalin və Hitler bir-birini qabaqlamağa çalışırdı”.

A.Pinkovskiy qeyd edir ki, 1941-ci ildə SSRİ-nin qərb sərhədlərində hərbi-siyasi vəziyyət 2017-ci ildə Rusiyanın şərq sərhədlərindəki vəziyyətlə eynilik təşkil edir.

“2017-ci ilin 24 yanvarında Moskvanın yaydığı bəyanatın mətnində deyilir: “Kreml Çinin Rusiya sərhədlərinə qitələrarası ballistik raket yerləşdirməsini təhlükə olaraq görmür. Çinin Silahlı Qüvvələrində hər hansı hərəkət yoxdur, hətta ballistik raketlə bağlı məlumat həqiqətə uyğundursa da, bu bizim ölkəmiz üçün təhlükə təşkil etmir. Çin həm siyasətdə, həm də ticarət-iqtisadi planda Rusiyanın müttəfiqidir, Moskva bu münasibətləri qiymətləndirir”. Bu mətni şərh etməmişdən öncə Rusiya və Çinin hərbi potensialına baxmaq lazımdır. 15 il öncə biz danışırdıq ki, Rusiyanın nüvə potensialı Çindən yüksəkdir. Lakin bu müddətdə Çin öz nüvə potensialını gücləndirdi. İndi Rusiyanın hərbi üstünlüyü haqda heç cür danışmaq mümkün deyil. Əgər Çinlə münaqişə baş verəcəksə, bu, Rusiyanın tarixində onu üstələyən yeganə rəqibi olacaq. Çin Uzaq Şərqi və Sibiri alacaq, ABŞ-da bunu tanıyacaq”, – deyə o, bildirib.

Politoloq əlavə edib ki, Kremlin 2017-ci il 24 yanvar tarixli bəyanatı da Çinlə müharibə ehtimalını artırır: “Bu, II Dünya müharibəsindəki vəziyyəti xatırladır”.

A.Pinkovskiyə görə, Kremlin bəyanatı yeni dünya müharibəsinin mətni hesab oluna bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button