Bizim tərcümə

Dəhşətli keçmiş əsgər 15 saat ərzində zərərsizləşdirilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-23 14:07:08

class=”medianet-inline-adv”>

Taylandın Phetchaburi əyalətində dünən günorta saatlarında keçmiş əsgər olduğu öyrənilən 29 yaşlı Anuwat Waenthong evinin yerləşdiyi küçədə silahı ilə terror törədib. Təcavüzkarın ətrafına atəş açması nəticəsində aralarında rayon qubernatoru da daxil olmaqla 3 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Waenthong-un tutulması üçün polis tərəfindən əməliyyat keçirilib. Hərbi hazırlığı və atıcılıq idmanına marağı səbəbindən polisin ehtiyatla yaxınlaşdığı hücumçu saatlarla davam edən silahı yerə qoyma xəbərdarlığına məhəl qoymayıb.

Xüsusi əməliyyatla bağlı açıqlama verən polis rəisi Thanayut Vuthiratanayong bildirib ki, təcavüzkarın təslim olması üçün 15 saatlıq inandırma cəhdlərinin nəticəsiz qalmasından sonra daha çox insan itkisinin qarşısını almaq üçün silahlı əməliyyata qərar verilib.

Tailand xüsusi əməliyyat qrupları yerli vaxtla saat 04:00 radələrində hücumçunun evinə silahlı basqın həyata keçirib. Qısa sürən qarşıdurma sonunda gizləndiyi evin ikinci mərtəbəsində zərərsizləşdirilən təcavüzkarın üzərində çoxlu sayda güllə ələ keçirilib.

Anuwat Waenthong-un dünən səhər narkotiklə bağlı məhkəmə işi olduğu və bunun nəticəsində sinir böhranı keçirdiyi iddia edildi. Olduğu küçədə təsadüfi atəş açaraq bir motorlu kuryeri, daha sonra girov götürdüyü evdə iki nəfəri öldürən Waenthong bütün gün atəş açmağa davam edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button