2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Daha hansı qurumlar ləğv ediləcək?

Nəqliyyat Nazirliyinin ləğvi son deyil, struktur dəyişiklikləri davam edəcək və yaxın vaxtlarda daha bir neçə iri dövlət qurumunun ləğvi gözlənilir.

Nəqliyyat Nazirliyinin ləğvindən sonra ekspertlərin əhəmiyyətli hissəsi belə düşünülür və yayılan məlumatlar da bu ehtimalları gücləndirir. İddialara görə, sırada “Azərenerji” ASC və “Azərsu” ASC-nin ləğv oluna bilər.

Məlumat üçün deyək ki, 2015-ci il fevralın 2-də prezident İlham Əliyevin sərəncamı ilə “Azərişıq” ASC yaradılıb və “Azərenerji” ASC-nin səlahiyyətlərinin böyük hissəsi bu quruma verilib. “Azərişıq” ASC-nin yaranması ilə Etibar Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerji” ASC de fakto formal xarakter alıb. Hələ iki il əvvəl baş verən bu proses Etibar Pirverdiyevin işdən çıxarılacağı ilə izah edilirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Nəqliyyat Nazirliyinin budanması da təxminən iki il əvvəl başladı və sonda nazirlik ləğv edilərək hakimiyyətin ən iri oliqarx məmurlarından olan Ziya Məmmədov nazir postuna əlvida deməli oldu.
“Azərsu” ASC-yə gəlincə, bu qurumun Meliorasiya və Su Təsərrüfatı ASC-yə birləşdirilə biləcəyi gözlənilir. Qeyd edək ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov da Ziya Məmmədov və Etibar Pirverdiyev kimi hakimiyyət komandasında etimadını itirmiş fiqur hesab olunur.
İstər Nəqliyyat Nazirliyinin ləğvi, istərsə də adıçəkilən qurumlarla bağlı ehtimal olunan oxşar plan təkcə onlara rəhbərlik edən şəxslərin etimadını itirməsilə bağlı deyil. Bu prosesdə getdikcə dərinləşən maliyyə böhranının da mühüm rolu var. Ona görə də ekspertlər hesab edir ki, böhran hətta sözəbaxan və inanılmış məmurların rəhbərlik etdiyi strukturları da “yeyə” bilər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button