2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eldar Mahmudov iş adamlarını prezidentin adı ilə necə qorxudub?

 

“Bildirəcəm ki, ölkədə bahalıq yaradır, xalqı etiraza sövq edirsiniz”

Ləğv edilən MTN-nin sabiq naziri Eldar Mahmudovla bağlı 24saat.news-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, E.Mahmudov iş adamlarını, məşhur biznesmenləri sadəcə gizli audio-video materiallar, süni şəkildə hazırladığı müxtəlif “dəlillərlə” deyil, həm də ölkə başçısının adı ilə şantaj edirmiş. Belə ki, ölkə miqyasında kifayət qədər tanınan, hakimiyyət piramidasında müəyyən əlaqələri olan, bir sözlə, E.Mahmudov üçün “asan sınan qoz” olmayan iş adamlarını şantaj etmək, onlardan külli miqdarda vəsait almaq üçün keçmiş nazir maraqlı fəaliyyət proqramı müəyyənləşdirib. Məlumatlı mənbənin sözlərinə görə, sabiq nazir onun qanunsuz tələbini yerinə yetirməkdən imtina edən iş adamlarına açıq şəkildə deyirmiş ki, əgər tələbləri yerinə yetirilməsə, o zaman ölkə başçısını “sənəd-sübutla” inandıracaq ki, bu sahibkar ölkədə bahalıq yaradır, məhsulların üstünə yüksək qiymət qoymaqla insanları hakimiyyətdən narazı salır, onları kütləvi narazılıq və etiraza təhrik edir. Habelə, nazir iddia edirmiş ki, ölkə başçısını həmin sahibkarın ölkənin iqtisadi təhlükəsizliyi üçün ciddi təhlükə təşkil etdiyinə, onun maliyyə-iqtisadi bazardakı çəkisinin hakimiyyət üçün ciddi təhdid olduğuna inandıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bilgili qaynağın sözlərinə görə, E. Mahmudov onun bu hədəsindən nəticə çıxartmayan iş adamlarına məxsus firma və marketketlərdəki məhsulların bahalığını sübut edən “dəlillər” toplamaq üçün yalançı şahid ifadələri və saxtalaşdırılan sənədlərdən istifadə edir, beləliklə də məhsulun maya dəyərindən bir neçə dəfə baha satıldığını “faktlar əsasında” ortaya qoyurdu.

Mənbənin sözlərinə görə, iş adamlarının bir çoxu məhz bu yolla E.Mahmudov tərəfindən qorxudulub və sabiq nazirə külli miqdarda vəsait verməklə daha ciddi cəzalardan sığortalanmağa çalışıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button