2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Emin Əmirullayevə yeni müavin təyin olundu

Yayımlandı: 31 Yanvar 2023 14:27

Həsən Həsənli bu təyinata qədər nazirliyin aparat rəhbəri vəzifəsini icra edib

Elm və təhsil naziri Emin Əmirullayevə yeni müavin təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin yaydığı məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama görə, bu vəzifəyə nazirliyin aparat rəhbəri Həsən Həsənli gətirilib.

Həsən Həsənli 1991-ci ildə Naxçıvanda doğulub.

Həsən Həsənli. Foto: Təhsil Nazirliyi

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ilin iyununundan 2023-cü ilin yanvarın 30-dək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Bundan öncə nazir müavini vəzifəsində Firudin Qurbanov olub.

O, 2014-cü ildən bu vəzifədə işləyib.

Bir həftə öncə mətbuatda onun vəzivəsindən azad edilməsi xəbəri yayılmışdı.

Nazirlik rəsmisi xəbəri nə təkzib, nə də inkar etmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button