2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası məsələsi beynəlxalq müzakirə mövzusu deyil

***

Sual: Elxan bəy, Azərbaycan- Ermənistan sərhəddində nə baş verir?

Cavab: Ermənistanda dövlət strukturları dağılıb. Özlərinin dediyi kimi əvvəllər yeganə dövlət institutu ordu idi, o da indi  bizim ordumuz tərəfindən məhv edilib. Nə dövlət strukturları işləyir, nə də hakimiyyət.  İndi də seçki xaosu ərəfəsindədirlər və seçkidən sonra da bilinmir nə olacaq.  Orada tam hakimiyyətsizlik və qeyri-sabitlik hələ uzun illər davam edəcək.  Onlar 28 il idi millətçiliyin, faşizmin üstündə və Azərbaycan torpaqlarının istismarı üzərində hakimiyyət qurmuşdular. O da dağıldı. İndi nə olacaq?  Emiqrasiya və Somalidə olduğu bir vəziyyət.  Ermənistan  artıq tam mənası ilə Failed State- dir, yəni baş tutmamış dövlət. Həm də ən yuxarı səviyyəsindədir. Azərbaycan isə qarın əriməsi ilə öz sərhədlərini qaydaya salır və doğru edir. Çünki Ermənistanda hələ uzun müddət qeyri-sabitlik davam edəcək.Və biz öz sərhədlərimizi tam  qoruma altına almalıyıq.  Azərbaycan Sovet İttifaqının müəyyən etdiyi və buraxdığı rəsmi xəritələrlə hərəkət edir və onun Ermənistanın 1 metr də olsun torpağında gözü yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Sual: 10 noyabr bəyannaməsinə əsasən Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edir. Bəs bundan Ermənistan niyə bu qədər narahat olub, səs-küy qaldırır ki? Ermənistan nədən narahatdır?

Cavab: Bilirsiniz, Ermənistan 28 ildir bu torpaqları əlində saxlayırdı və özünün olduğunu hesab edirdi.  Deyirlər ki, 6 ay öncə bizim sərhədlərimiz bizdən 200 km uzaqda idi , indi isə kəndlərimizin içinə girib. Onlar, biz  Zəngilan və Qubadlı rayonlarında sərhədləri müəyyən edəndə də eyni isteriyanı göstərdilər. Sadəcə o zaman hakimiyyət kütlənin önündə getmədi. İndi isə  Ermənistanda 1 aydan sonra seçki gəlir. Paşinyan da seçkidən dolayı həvəssiz olaraq etiraz edir.  Nəyə görə həvəssiz? Çünki onun ozü də sərhədlərin müəyyən edilməsinin Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin qarantı olduğunu bilir və dəfələrlə də doğru olaraq bunu  bəyan edib. Amma artıq onun rəqibləri sərhəd demarkasiyasını,  “Paşinyan Syuniki də Azərbaycana təhvil verir” kimi söhbətləri ittihama çeviriblər və onu küncə sıxıblar.  Həm də ki ermənilər artıq 28 ildir işğal edilmiş bütün bu torpaqların Ermənistan olduğu fikri ilə yaşayırdılar və bunu həqiqət olaraq da qəbul edirdilər. 

Sərhəd yanı bölgələrdə yaşayan ermənilər əsasən Azərbaycan torpaqları hesabına yaşayıblar. Bütün meşələri qırıblar, bizim bağ-bağatla dolanıb, tarlalarda taxıl əkib və otlaqları və qışlaqları isə mal qara üçün istifadə ediblər. İndi isə bunun hamısı əldən çıxıb və son nöqtələr də əldən çıxır. Təsəvvür edin ki, Zəngilanla sərhəd kəndində yaşayan erməni deyir ki, mənim işim  hər sabah durub gedib Zəngilan meşələrindən ağac kəsmək və odun satmaq idi. İndi isə mənim heç bir işim yoxdur və sabah durub sadəcə o meşələrə baxa- baxa qalıram…  Onlarda kənd təsərrüfatı və maldarlıq məhv olub. Çünki 28 il idi bu infrastrukturu işğal edilmiş ərazilərdə qurmuşdular.  İndi isə bütün bunlardan məhrum olublar və bağırırlar. 28 il bu torpaqların sahibi kimi hərəkət edən ermənilər düşünürsüz ki, iki aya dəyişəcək?.  Bir də ki bu cür davranış erməni millətində kültür halına çevrilib.

Sual:  Sərhəddə baş verənlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana və Bakıya səfərindən sonraya təsadüf edir. Ola bilərmi Lavrov Ermənistanla hansısa məsələdə razılaşa bilməyib və indi Ermənistana təzyiq kimi sərhəd məsələsindən istifadə edir?

Cavab: Birincisi,  heç də düşünmürəm ki, Azərbaycanın öz  sərhədlərini müəyyən etməsi Lavrovun səfəri ilə əlaqədardır. Baxmayaraq ki, Lavrov da bu problemlərin mövcud olduğundan xəbərdar idi və özü də bu məsələlərin hamısının həll oluna bilən məsələlər olduğunu bildirmişdi. Bu baxımdan da, Azərbaycan  danışıqlara gedib erməni tərəfinə sənədlər əsasında hərəkət etməyi təklif edib və danışıqlar da bu xəritələr əsasında neçə gündür davam  edir. Bizim xəritələr də təbii ki, hamısı o zamanlar Moskvada buraxılan xəritələrdir. Və burada bir tərəfin o birisini aldatmağa və ya saxta xəritə ilə aldatmağa imkanı yox dərəcəsindəir. Bu xəritələrin hamısı Moskvada var.

Sual: ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin baş verənlərə münasibəti də adekvat deyil. Hətta neytral mövqedən çıxış etməli olan həmsdər ölkələrdən Fransa prezidenti açıq-aydın ermənicə status yazaraq Ermənistana dəstək göstərir. Bundan sonra ATƏT-in Minsk qrupuna etibar etmək nə dərəcədə düzgündür?

Cavab: ATƏT Minsk qrupu Azərbaycan üçün çoxdan əhəmiyyətini itirib. Fransa prezidenti Makronun diletant hərəkətləri ilə təkcə bizim bölgədə şahid olmuruq.  O hansı məsələyə əl atıbsa , orada uğurszuluğa düçar olub. Onun Aralıq dənizində gedən mübahisələrlə bağlı Türkiyəyə qarşı koalisiya qurmaq cəhdləri də, Liviyada oynamaq istədiyi rol da, müsəlman dini ilə bağlı söylədiyi fikirlər də, NATO-nun beyin ölümü keçirdiyi haqda verdiyi bəyənatı da və ya Türkiyə ilə Yunanıstanı üz –üzə qoymaq cəhdləri də  Makronun tam iflasının göstəricisidir. Onun bilavasitə 44 günlük savaşda  tutduğu mövqe ATƏT-in Minsk qrupunun taleyini qəti olaraq həll edib. Bu baxımdan Minsk qrupunu Azərbaycan deyil, onun Fransa kimi həmsədri iflic edib.

Sual: Azərbaycan bu məsələdə necə addım atmalıdır? Geri çəkilməlidirmi, yoxsa beynəlxalq təzyiqlərə baxmayaraq sərhəd toxunulmazlığının təmin edilməsinə sonadək nail olmağa çalışmalıdır?

Cavab: Burada heç bir beynəlxalq təzyiqdən söhbət gedə bilməz.  Fransa ilə hər şey aydındır. Digər tərəfdən, indi ABŞ hökümətinin  rəhbərliyində uzun müddət erməni lobbi qruplarından maliyyə və seçki dəstəyi almış şəxslər üstünlük təşkil edir. Onların özlərinin də həmişə boyunlarına aldıqları kimi, onlar üçün Azərbaycanın ortaya qoyduğu hər hansı başqa arqument məna daşımır. Onlar indi sadəcə Amerikadakı Erməni Milli Komitəsinin hazırladığı bəyənatları səsləndiməklə məşğuldurlar.  Bu baxımdan ABŞ hökümətinin sərhəddə baş verən xəbərlərlə bağlı verdiyi bəyanat məsələdən xəbəri olmayan ABŞ hökümətinin  olan-qalan etibarlılığnı aşağı salan  bəyənatdır. Hesab edirəm ki, bu bəyənat yuxarıda qeyd etdiyim erməni milli komitəsinin  yazdığı mətnn əsasında verilib.

Burada, Fransa və ABŞ-ın regiondakı vəziyyətə heç bir təsiri olmadığından, bu cür provokativ bəyanatlar verməklə onların özlərinə diqqət cəlb etmək istəyi açıq görünür. Amma burada nə ABŞ və nə də Fransaya yer var. Rusiyanın burada rolu isə tam təbiidir..  Çünki ərazilər sovet dönəmində  Moskva tərəfindən dəqiqləşdirilib və xəritələşdirilib və SSRİ Nazirlər Komitəsinin və Baş Qərargahın xəritələri əsas sayılır.  Və Rusiyanın hərbi nümayəndə heyəti də danışıqlarda iştirak edir və Azərbaycan haqsız olarsa yəqin ki, çoxdan etiraz edərdi. Məsələ burada heç də kiminsə haqlı və haqsız olmasından da getmir. Burada iş Sovet dövrünün rəsmi xəritələri üzərində gedir və məsələni də xəritə həll edir. Tutalım, Azərbaycan Ermənistan ərazisinə girsəydi, onun ordan çıxması məsələsi də heç vaxt danışıqlar mövzusu olmazdı.  Çünki burada ABŞ yox, məhz  Rusiyanın özü müttəfiqlik məsuliyyəti daşıyır. Belə çıxır ki, Rusiya işin içində ola-ola məsələnin sadəcə heç vaxt aparılmamış delimitasiya və demarkasiya məsələləri üzərində getdiyini söyləyir və bu məsələdən xəbəri olmayan Fransa və ABŞ isə  Azərbaycanı təxribatda ittiham edir və üstəlik bu torpaqlardan dərhal çıxmağa çağıır?  Hə çıxdıq, o zaman ABŞ gəlib Azərbaycan sərhədini demarkasiya edəcək?  Yoxsa ermənilər harada istəyirsə, gəlib onlara orada sərhəd qoyacaq?.  Elə ermənilərin isterik olmasının səbəbi də budur. “ Çünki bizim sərhədimiz Fizulidən keçirdi deyirlər. Qoyunlarımızı Gorusdan buraxırdıq, gedib Cəbrayıldan gətirirdik deyirlər”. Yəqin ABŞ o sərhədləri istəyir.  Çünki elə ABŞ-ın  özü də 28 il idi sərhədlərin bu cür qalmasına kömək edirdi. 28 il ərzində bir dəfə ermənilərə Azərbaycan torpaqlardan çıxın deyibmi? Əksinə, Ermənistan işğalçı ola-ola, ABŞ-dan aldığı adambaşına maliyyə yardımına görə dünyada 1-ci yerdə idi.  ABŞ dünyada yeganə ölkə idi ki, DQ-dakı rejimə birbaşa maliyyə yardımı edirdi.

Artıq bu işlər keçməyəcək. Azərbaycan əsgəri bu məsələyə nöqtə qoydu.

 

 

 

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button