2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fransa 3 min peyvənd olunmamış səhiyyə işçisinin fəaliyyətini dayandırır

Fransa hökuməti ölkədə 3 min peyvənd vurdurmamış səhiyyə işçisinin fəaliyyətini dayandırıb. Buna səbəb isə hökumətin 15 senytabr tarixinə qədər səhiyyə işçilərinin peyvənd olunması tələbinin yerinə yetirilməməsidir.

Səhiyyə naziri Olivier Veran cümə axşamı deyib ki, ölkədəki 2,7 milyon səhiyyə işçisindən “onlarlası” koronavirus peyvəndi vurdurmaq əvəzinə istefaya getməyi seçib.

İyul ayında Prezident Emmanuel Makron 15 sentyabr tarixinə qədər səhiyyə işçilərinə peyvəndlərin ən azı bir dozasını vurdurmaq tələbi qoyduğu zaman, on minlərlə səhiyyə işçisi hələ vaksin vurdurmamışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Veran fəaliyyəti dayandırılan şəxslərin əsasən dəstək xidmətlərində çalışdığını, çox az sayda həkim və tibb bacısının olduğunu bildirib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin cümə günü verdiyi məlumata əsasən, Fransada ümumi olaraq 7 milyondan çox insan COVID-19-a yoluxub. Onlardan 116 mini həyatını itirib.

ABŞ-ın Aydaho ştatında isə Səhiyyə və Rifah Departamentinin (DHW) cümə axşamı yaydığı açıqlamaya görə, “Ştatln bütün bölgələrində COVID-19 xəstələrinin, xəstəxanaya yerləşdirilənlərin sayının kütləvi şəkildə artması mövcud vəsaitlərin tükənməsinə səbəb olub”.

“Vəziyyət ağırdır. COVID-19, infarkt və ya avtomobil qəzası səbəbiylə xəstəxanalarımızdakı xəstələri lazımi şəkildə müalicə etmək üçün kifayət qədər gücümüz yoxdur”, deyə DHW-nun direktoru Dave Jeppesen verdiyi açıqlamada bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button