2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Georgiyev lenti’nin təhqir olunmasına görə cərimə və həbs cəzası

Dövlət Duması Rusiyada hərbi şöhrət simvolu sayılan “Georgiyev lenti”nin təhqir olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu üçüncü oxunuşda qəbul edib. Lentin ictimai şəkildə təhqirinə görə beş milyon rubladək cərimə, yaxud 5 ilədək azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Sənədlərə görə, düzəlişlər müvafiq federal qanunlara salınacaq. Layihədə qeyd olunur ki, “Georgiyev lenti”ndən tarixi yaddaşla əlaqəli olmayan hallarda istənilən istifadə aradan qaldırılacaq. Hakim orqanlar isə “irimiqyaslı tədbirlər keçirərkən” lentdən istifadə edə bilərlər.

“Georgiyev lenti”nin hərbi şöhrət simvolları ilə bərabərləşdirilməsi haqda qanun layihəsi apreldə Dövlət Dumasına təqdim olunub. Qanun layihəsi sentyabrda birinci oxunuçdan keçib. Təşəbbüs müəllifləri “Vahid Rusiya” partiyasından Andrey Turçak və Duma üzvü Olqa Zanko idi.

“Georgiyev lenti” 2-ci Dünya müharibəsinin simvolu kimi Rusiyada 2000-ci illərin ortalarından istifadə olunmağa başlanıb. Ancaq getdikcə bu lent Kremlin siyasətinə sədaqət simvoluna çevrilib.

Ukraynanın Donbas regionundakı separatçılar bu narıncı-qara lentdən öz simvolları kimi istifadə edirdilər. Bu lent həmçinin Ukraynada Krımın Rusiyaya ilhaqı ilə assosiasiya olunur.

2014-cü ildə Krımı ilhaq edən Rusiya Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu ilin fevralında isə Moskva Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb.

Georgiyev lenti Ukrayna, Moldova, Latviya və Litvada qadağan olunub.

24 saat” “
‘Georgiyev lenti’nin təhqir olunmasına görə cərimə və həbs cəzası
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button