2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsxanada aclıq edən dini inanclılardan biri xəstəxanaya yerləşdirilib

Cabbar Cabbarovun qan qusduğu bildirilir

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə 7 gündür ki, Qobustan həbsxanasında aclıq aksiyası keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

Hərəkatın digər üzvləri və dindarlar onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar.

Onlar polisin işgəncə tətbiq etməsinə və hüquq-mühafizə orqanları əməkdaşlarının Allaha küfür etməsinə etiraz edirlər.

Nəticədə iyunun 10-da aclıq aksiyası keçirənlərdən Cabbar Cabbarovun vəziyyəti kəskin pisləşib.

“Turan”ın məlumatına görə, Cabbar Cabbarov qan qusmağa başlayıb və həbsxana xəstəxanasına yerləşdirilib.

“Müsəlman Birliyi” Hərəkatından bildiriblər ki, Taleh Bağırzadə ilə yanaşı, təşkilatın üzvləri Abbas Hüseynov, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Gəncə işi üzrə mühakimə olunmuş Firudin Zeynalov və jurnalist Polad Aslanov aclığı davam etdirirlər.

Penitensiar Xidmətdən isə bu barədə məlumatı şərh etməsələr də, Cabbar Cabbarovun müalicə müəssisəsinə köçürüldüyünü təsdiqləyiblər.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb.

O, səbəb kimi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsini göstərib.

Xatırlatma

Taleh Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub.

İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Məhkəmə onu 20 il azadlıqdan məhrum edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button