2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Hakimiyyətin repressiya siyasəti özünü doğrultmur”

Cəmil Həsənli: “Bunu anlamaq üçün böyük bir qabiliyyətə malik olmaq lazım deyil”

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli 24saat.org-a açıqlamasında hakimiyyətin repressiya siyasətini sərt tənqid edib. Bu siysətin ötən müddət ərzində özünü əsla doğrultmadığına diqqət çəkən C.Həsənli, məlum gerçəyin mövcud rejim tərəfindən də dərk olunması gərəkdiyini vurğuladı:

Saytların yığılması Saytlarin yigilmasi

“Ötən müddət ərzində Azərbaycan hakimiyyətinin repressiya siyasəti özünü doğrultmadı. Bunu anlamaq, başa düşmək üçün böyük bir qabiliyyətə malik olmaq lazım deyil. Bu, göz önündə olan bir həqiqətdir. Odur ki, hakimiyyət gec də olsa bu gerçəyi başa düşməli, bu siyasətdən imtina etməlidir. Bu siyasət Azərbaycanı beynəlxalq aləmdə də rüsvay edir, onun bir dövlət, bir respublika kimi imicinə zərbə vurur.

Hakimiyyət bu siyasətdən imtina etməli, demokratik islhatlar istiqamətində addımlar atmalıdır. Əks təqdirdə, repressiya siyasətinin davam etdirilməsi daha arzuedilməz mənzərənin ortaya çıxmasına səbəb olacaq”.

 

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button