2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

İlhamənin oğlu həbs edildi

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu həbs edilib.

Dələduzluqda ittiham olunan Orxan Nadirov barəsində bir neçə gün əvvəl həbs-qətimkan tədbiri seçilib. Bu barədə xural.com saytına adının çəkilməsini istəməyən və həmin vaxt başqa işlə əlaqədar məhkəmədə olan vəkillərdən biri məlumat verib. O.Nadirovun Bakıda yaşayan bir neçə nəfərin dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi üçün ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verildiyi bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Orxan Mansurzadə ilə dəqiqləşdirmə aparmağa çalışdıq. Aramsız zənglərimizə baxmayaraq, nə Orxan Mansurzadə, nə də digər DİN rəsmiləri ilə əlaqə saxlaya bilmədik.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bu ilin yanvar ayında da O.Nadirov tanışı Vüqar Bəşirovla birgə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdi. Həmin vaxt Binəqədi Rayon Polis İdarəsindən mətbuata açıqlama verilmişdi ki, hər iki şəxsdən heç yerə getməmək haqda iltizam alınıb.

Yada salaq ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi. “Ekstazi işi”nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi. Onlar qaçaqmalçılıq və bir qrup şəxs tərəfindən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilirdilər.
xural.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button