2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

İnanmaq olmur ki, qızları dəli edən bu yaraşıqlı oğlan əslində qız imiş

Məşhur model Eşli Leyta ilk baxışda oğlan kimi görünsə də, əslində onun dünyaya qız kimi gəldiyi məlum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Leyta “instagram”da 5 yaşında çəkilmiş fotosunu paylaşıb. Onun sözlərinə görə, cinsiyyətini 19 yaşında dəyişmək qərarına gəlib: “Mən əvvəllər “transgender” sözünü bilmirdim, ona görə də hamıya sadəcə qız sevgilim olduğunu deyirdim. Amma başa düşə bilmirdim ki, qadın cildində qızla necə görüşmək olar. Ən çətini isə qərarımı anama etiraf etmək idi. Mən dini dəyərlərə sadiq ailədə böyümüşəm. Uşaqlıqdan bilirdim ki, homoseksualizm pisdir. Buna baxmayaraq, çıxış yolunu tapdım”.
Eşli indi təkcə mənəvi rahatlıq əldə etməyib, həm də özünə uğurlu karyera qurub. O, kişi hormonlarının qəbulundan bir il sonra idmanla çox məşğul olmağa başlayıb. Leytanın əziyyəti tezliklə bəhrəsini verib. Sonra o, model kimi işə dəvət alıb. Yeri gəlmişkən, Eşli Leyta ən yaraşıqlı kişilər statusuna layiq görülüb.
Bir çox moda evlərinin reklam kampaniyalarında çəkilən modelin idealı Fransisko Laçovski və Rob Evansdır.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button