Bizim tərcümə

İndoneziyada Semeru vulkanı yenidən aktivləşib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-04 18:49:11

İndoneziyanın Şərqi Yava əyalətində 3676 metr yüksəklikdə yerləşən Semeru vulkanı yenidən aktivləşib.

Səlahiyyətlilərin verdiyi açıqlamada, Semeru vulkanının püskürmə zamanı bir kilometr yarım yüksəkliyə kül və tüstü atdığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Partlayışdan sonra bölgədəki yüzlərlə insan müvəqqəti sığınacaqlara və təhlükəsiz ərazilərə təxliyə edilib.

Bölgə əhalisinə vulkan kraterindən ən az 5 kilometr uzaqlaşmaq tövsiyə edilərkən, hadisədə can itkisi yaşanmayıb.

XƏBƏRDARLIQ SƏVİYYƏSİ ƏN YÜKSƏKƏ ARTIB

Yaponiya Meteorologiya İdarəsi Semeru vulkanının püskürməsi ilə əlaqədar sunami xəbərdarlığı edib.

İndoneziyada Semeru vulkanı yenidən aktivləşib

Səlahiyyətlilər də xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıblar.

Ötən ilin dekabrında Semeru vulkanında böyük püskürmə baş vermiş və 51 nəfər həyatını itirmişdi.

Çox sayda evə ziyan vuran partlayışda bölgədə 10 mindən çox insan təxliyə edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button