2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“İnsan bir ölümdən, bir də vergidən qaça bilməz”

Samir Əliyev: “Franklin vergiyə münasibətini bu sözlərlə ifadə edirdi”

 

“Vergi ilə bağlı sərt addımların atılması vacibdir”

Saytların yığılması Saytlarin yigilmasi

 

Məlum olduğu kimi, Azərbaycanda mindən çox sahibkarın vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

Maraqlıdır, Azərbaycan kimi kiçik bir ölkədə bunca sahibkarın vergi borcunun yaranması, buna görə onların ölkədən çıxışına məhdudiyyət qoyuması nə dərəcədə normaldır?

24saat.org-a açıqlama verən tanınmış iqtisadçı Samir Əliyev vergi ödənişi ilə bağlı sərt addımların atılmasının vacibliyinə diqqət çəkdi:

“Vergi öhdəliyi qanunvericiliklə təmin edilən bir öhdəlikdir. Hər bir şəxs vergini ödəməlidir. ABŞ prezidenti Franklinin belə bir sözü var. O deyir ki, insan bir ölümdən, bir də vergidən qaça bilməz. Avropa dövlətlərindən vergiyə münasibət bu dərəcədə sərtdir. Hətta müəyyən cinayətləri bağılayırlar, lakin vergi cinayətlərinə güzəşt edilmir.

Mən deməzdim ki, Azərbaycanda münasibət Avropadakı kimidir. Amma hər bir halda vergi borcu ödənilməlidir. Biz diqqət yetirsək görərik ki, burada adi bir vətəndaşdan söhbət getmir. Adi vətəndaşlar vergiləri vaxtı-vaxtında ödəyir. Araşdıranda bəlli olur ki, vergi borcu hansısa yüksək vəzifəli şəxsə məxsus obyeklə əlaqədar yaranıb. Vergi borcu xüsusi bir gücü və dayağı olan insanlarla bağlı ortaya çıxır. Məsələn, müğənnilərdə borc yaranır. Hansı ki, müğənnilərin gəlirinin yüksək səviyyədə olduğu hər kəsə bəllidir. Hesab edirəm ki, vergi məsələsində sərt addımların atılması vacibdir və bu addımlar təqdir edilməlidir”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button