2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İqtisadiyyat nazirinə yumurta atdılar

Fransada iqtisadiyyat naziri Emmanuel Makron yumurtalı hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, bu nazir ölkədə vətəndaşların ən çox hədəfə aldığı insanlardan biridir.

Parisdə “Patriot Cəbhə”nin 80 illik yubileyinə həsr olunmuş təqdimata gedən iqtisadiyyat naziri Makron bir anlıq ölkənin ən böyük işçi konfederasiyası üzvlərinin arasında qalıb. “Artıq rədd ol!” sözləri eşidən nazirə eyni zamanda yumurta da atıblar.

Buna səbəb hökümətin yeni qanun layihəsi qəbul edildiyi təqdirdə nazirin iş saatlarının uzanması və işdən çıxarma prosesini asanlaşdırmasıdır. Fəhlə nailiyyətlərinə bir hücum olaraq görülən bu layihəyə qarşı təxminən 2 aydır ki, ölkə daxilində etiraz və tətillər keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Emmanuel Makron - Fransada İqtisadiyyat naziri

Analoji hadisə bu ilin may ayında Türkiyədə də baş verib. Türkiyədə müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu şəhid dəfnində xoşagəlməz halla üzləşib. Partiya lideri yumurtalı hücuma məruz qalıb.

Sədr Ankarada Kocatəpə məscidində 2 şəhidin dəfn mərasiminə gələrkən etiraz aksiyası ilə qarşılaşıb.

Atılan yumurtalar onun və onu qoruyan üç nəfərin üzərinə düşüb. Mühafizəçilər partiya liderini sürətlə hadisə yerindən uzaqlaşdırıb, ara küçələrdən birinə aparıblar.

Yumurta etirazı ilə bağlı bir nəfər saxlanılıb.

Kamal Kılıçdaroğlu - Türkiyədə müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button