2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İrəvan payıza hazırlaşır: Köhnə oyun davam edəcəkmi?

“Müxalifət sentyabrda parlamentə gedəcək, ancaq öz gündəliyi ilə. Bizim bu məsələdə mövqeyimiz dəyişməyib”. Bunu Daşnaksutyunun Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan “Yerkir Media”ya bildirib.

Onun sözlərinə görə, Ermənistan Milli Məclisinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatlarının gündəliyi erməni xalqının maraqlarına xidmət etmir, müxalifətin bütün təşəbbüsləri isə boykot edilir.

“Ölkədə parlament böhranı, siyasi böhran olduğu göz önündədir və əgər onlar müxalifəti növbəti qanunsuz və konstitusiyaya zidd yollarla mandatdan məhrum etməyə çalışsalar, o zaman ölkədə tam konstitusiya böhranı da yaranacaq”, – İşxan Saqatelyan bildirib. O qeyd edib ki, iqtidar müxalifətlə şantaj dilində danışa bilməyəcək və onlar iclaslara qatılmadıqları üçün deputat səlahiyyətlərindən məhrum ediləcək tələbə deyillər.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, İşxan Saqatelyan parlamentin işinin boykot edilməsini haqlı sayır: “Məhz bizim hərəkatın sayəsində hakimiyyətin “Artsax” (Qarabağ – red.) məsələsi ilə bağlı ritorikası dəyişdi. Lakin bunu hələlik nailiyyət hesab etmək olmaz. Hazırda Müqavimət Hərəkatı təşkilati işlər aparır və sentyabrda mübarizəmiz yeni təkan və miqyas alacaq”.

Bəs sentyabrda hansı mübarizə forması olacaq? Bu mübarizənin pulunu kim verəcək? Axı yaz-yay etiraz aksiyaları əslində beşiyindəcə boğuldu. Bu aksiyalar kütləvi xarakter almadı və heç bir nəticə vermədi. Nə Türkiyə əleyhinə, nə də Rusiya yönlü ritorika kömək etmədi. Görəsən, bundan sonra payızda müxalifətin dəbdəbəli çıxışları üçün pulunu əsirgəməyəcək xarici və ya daxili qüvvələr olacaqmı?

Politoloq, Hankuk Xarici Araşdırmalar Universitetinin (Cənubi Koreya) professoru Rövşən İbrahimov Press Klubun suallarını cavablandırıb:

– Qeyd etmək lazımdır ki, Ermənistan Konstitusiyasına, eləcə də bu ölkədə parlamentin fəaliyyətini tənzimləyən normativlərə əsasən, iclasları bilərəkdən buraxan deputatların mandatdan məhrum edilməsi məsələsini qaldırmaq hakim partiyanın səlahiyyətlərinə daxildir. 

Əgər baş vermirsə, bu o deməkdir ki, iqtidar partiyasının özü müxalifətin qanunverici orqanda olmasında maraqlıdır. Bütün hallarda, Ermənistan müxalifəti son parlament seçkiləri zamanı bütövlükdə cəmi 20 faiz səs toplaya bilib. Yəni bu, onların parlamentin fəaliyyətinə hansısa şəkildə təsir göstərə bilmələri üçün kifayət deyil.

Sentyabrda mitinqlər keçirilməsinə gəlincə, prinsipcə, bu, məntiqlidir. Çünki indi yay məzuniyyətləri dövrüdür və insanlar sadəcə olaraq İrəvanda deyillər, imkanı olanlar isə ümumiyyətlə ölkədən çıxıblar. Yəni, müxalifət ümid edir ki, payızda onların fəaliyyəti şaxələnməyə başlayacaq, məktəb və universitetlər açılacaq, bəzi tələbə və müəllimlər isə məktəb və universitetlərin fəaliyyətini boykot edəcəklər. Bu da Ermənistanda ümumi sosial reallığa təsir edəcək, sabitliyin müəyyən dərəcədə pozulmasına gətirib çıxaracaq. Əslində onlar aprel ayından başlayaraq boykot və mitinqlər təşkil edərək bunu etməyə çalışdılar. Onlar İrəvanın normal həyat rejimini pozmaq istəyirdilər.

Hesab edirəm ki, payızda biz “artıq keçilmiş materialın təkrarını” görəcəyik və bu da dövlətin həyatına heç bir xüsusi dəyişiklik gətirə bilməyəcək. Mitinq edəcəklər. Bunu kimin maliyyələşdirəcəyi sualının cavabı aydındır – müxalifətin bütün bu etiraz hərəkatının arxasında eks-prezidentlər Koçaryan və Sarqsyan dayanır və hesab edirəm ki, onlar bu cür fəaliyyətlərə bundan sonra da pul ayıracaqlar. Burada onların fərdi maraqları da rol oynayır. Çünki Paşinyan gec-tez Ermənistanın keçmiş prezidentlərinin cinayət təqibinin mümkünlüyü ilə bağlı hüquqi normalar tətbiq etməyə çalışacaq.

Rauf Orucov

24 saat” “İrəvan payıza hazırlaşır: Köhnə oyun davam edəcəkmi?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button