2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran ibtidai məktəblərdə ingilis dilinin tədrisini qadağan edir

Reuters agentliyi İran rəsmilərinə istinadən xəbər verir ki, Tehran ingilis dilinin ibtidai siniflərdə təsdrisini qadağan edib.

Ölkənin ruhani liderləri xəbərdalıq ediblər ki, bu dilin erkən tədrisi Qərbin “mədəni istilasına” yol açır.

İran Dövlət Təhsil Şurasının rəhbəri Mehdi Navid-Adham yanvarın 7-də dövlət televizyasına deyib ki, “dövlət və qeyri-dövlət ibtidai məktəblərində ingilis dilinin tədrisinin rəsmi plana daxil edilməsi qanun və təlimatlara ziddir”.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi deyib ki, ibtidai siniflərdə İran mədəniyyətinin əsasları tədris və təlim edilməlidir.

Reuters bildirir ki, İranda ingilis dilinin tədrisinə əsasən 12 və ya 14 yaşında uşaqların oxuduğu orta siniflərdə başlanır. Buna baxmayaraq bəzi məktəblərdə ingilis dilini ibtidai məktəblərdə öyrətməyə başlayırlar.

Bundan başqa bəzi uşaqlar ingilis dilini az yaşlarından sinifdənkənar və özəl qaydada öyrənirlər. Söhbət əsas etibarilə imtiyazlı özəl məktəblərdən gedir.

İranın ruhani liderləri “mədəniyyət istilasının” təhlükələri barədə çoxdan xəbərdarlıq edirdilər.

Ali rəhbər ayətüllah Ali Khamenei 2016-cı ildə ingilis dilinin hətta ibtidai siniflərə yayılmasını tənqid etmişdi.

Bütün dövləti qərarların qəbulunda son söz sahibi olan rəhbər müəllimlərlə görüşdə demişdi: “Biz xarici dilin tədrisinə yox, xarici mədəniyyətin ölkədə və azyaşlı uşaqların arasında təbliğinə qarşıyıq”.

Bu qərarın son həftə ərzində ölkəni bürümüş etirazlarla əlaqədar olub-olmadığı deyilmir, lakin İran İnqilab Keşikçiləri nümayişlərin xarici düşmənlər tərəfindəmn qızışdırıldığını bildirib.

Bu qadağanın elanı barədə video yanvarın 7-də sosial şəbəkələrdə dövriyyə edilib və bir çox iranlılar onu zarafatla “ingilis dilinin filtrlənməsi” adlandırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button