2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“İŞİD İsrail Gizli Kəşfiyyat Xidmətinin projesidir” – ABŞ hərbçisindən CƏSARƏTLİ AÇIQLAMA – VİDEO

Keçmiş Amerikan dəniz desantı Kenneth O’Keefe İraq və Suriya müharibəsinə dair cəsarətli açıqlamalar verib. Kenneth O’Keefe “İŞİD İsrailin Gizli Kəşfiyyat Xidmətinin projesidir” -deyib.
Moderator.az xəbər verir ki, Amerikalı keçmiş hərbçi Rusiya mərkəzli “Russia Today” telekanalının canlı yayımında qonaq olub. Yaxın Şərqdə proseslərin müzakirə olunduğu verilişdə ona verilə sualı cavablandırarkən “Mülahizələrinizi qəbul etmirəm, Yaxın Şərq siyasətinin həqiqətdə nə olduğunu anlamaq istəyirsinizsə, Oded Yinnonun “1980-ci illərdə İsrail Strategiyası”nı oxumağınızı tövsiyyə edirəm” deyərək mövzunu fərqli istiqamətə yönəldib.
Bölgədə baş verənlərlə bağlı isə bunları deyib: “Uzun illərdir İsrailin gizli hədəfləri vardı. İsrailin əsas hədəfləri Böyük İsrail layihəsi çərçivəsində böyümək və genişlənmək idi. Bu genişlənməyi qanuniləşdirəcək bir bəhanəyə ehtiyacı vardı. Bunun üçün də bölgədə məzhəpçi nifrət və zorakılığın toxumlarını əkmək lazım idi. Bu planın bir nömrəli hədəfi İraq idi, buna nail olduq. İraq bir uğursuzluq deyil, əslində bir nailiyyətdir. İraq böyük ölçüdə batmış bir dövlətdir. Mütləq surətdə depressiyadadır. Məzhəpçi nifrət tamamilə nəzarətdən çıxmış vəziyyətdədir. İnsanların başının kəsildiyi bu dəliliyi görürük və bunun bir fəlakət olduğunu düşünürük. Xeyr heç də elə deyil. Həqiqətdə hamısı planın bir parçasıdır. İraqı üç ayrı dövlətə bölmənin bir hissəsidir. Suriyaya baxanda da məqsədin yenə olduğunu görürük. Məzhəpçi nifrətin toxumlarını ək və ölkəni ümidsiz bir vəziyyətə sal, bu planda olduğu kimi. Gülməli gələ bilər, amma İŞİD-in açılımı İsrail Gizli İsrail İstihabrat Xidməti (İsrael Secret İntelligence Service) ola bilər”.
Image result for İsrail Gizli İstihbarat Servisi
O’Keefe Obama və Buş başda olmaq üzrə Amerika siyasətçilərini bir yalançı kimi təsvir edib, “Onların dedikləri şey həqiqətin tam əksidir” -deyib. İŞİD, Əl-Nusra və Əl-Qaidə kimi təşkilatların İsraildə müalicə gördüklərini əlavə edib.
Moderator.az keçmiş Amerikalı əsgərin canlı yayımda Yaxın Şərqdə baş verən real oyunu təsdiqləyən həmin çıxışının videosunu da təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button