Bizim tərcümə

İsraildə baş nazirin istefasını çətinləşdirən qanun layihəsinin təsdiqlənməsi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-23 15:18:35

class=”medianet-inline-adv”>

İsrail Parlamentində (Knesset) keçirilən iclasda Baş nazir Binyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində təqdim etdiyi “Fiziki və ya psixoloji imkansızlıq halları istisna olmaqla, baş nazirin vəzifədən uzaqlaşdırılmasını çətinləşdirən qanun layihəsi” müzakirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qanun layihəsi 47 əleyhinə 61 səslə qəbul edilib. Baş nazirin qanunla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirə bilmədiyinin müəyyən edilməsi baş nazirin parlamentə bildirişi və ya kabinet nazirlərinin ən azı dörddə üçünün təsdiqi ilə mümkün olacaq.

Bundan əlavə, sözügedən qanun layihəsi ilə Ali Məhkəmə də daxil olmaqla, məhkəmə sisteminin baş nazirin vəzifədən azad edilməsi səlahiyyəti ilə bağlı hər hansı qərarı etibarsız sayılır və baş nazirin fiziki və ya psixoloji imkansızlıq halları istisna olmaqla, vəzifədən azad edilməsinin qarşısı alınır.

Qanun layihəsinə kəskin reaksiya verən müxalifət bunun Netanyahunu korrupsiya ittihamlarından qorumaq üçün qəbul edildiyini bildirib.

class=”medianet-inline-adv”>

Digər tərəfdən, Benyamin Netanyahu hökuməti tərəfindən məhkəmə islahatları çərçivəsində Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətinin böyük ölçüdə əlindən alınacağı bildirildi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button