2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“JEK”lər mənzillərdən pul yığa bilməyəcək – yeni qanun

Ölkə prezidentini  “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun dəyişikliyini təsdiqləyib.  Dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.
24saat.org xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev öz “Facebook” səhifəsində yazıb. Qaanuna dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) mənzil idarəçiliyində uzaqlaşdırılması istiqamətində daha bir addım olub.

“Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Bu vaxta qədər Qanun özəlləşdirilmiş mənzillərə xidmət və onların təmirini mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu.

Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin Qərarı əsasında müəyyənləşirdi”.

Saytların yığılması Saytlarin yigilmasi

10 mart 2000-ci il tarixli, 40 saylı qərar “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında”dır.

Həmin Qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı bir kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur. Xidmət haqqının müəyyənləşdirilməsi əhalini öz öhdəsinə buraxılır”.

Ekspertin sözlərinə görə, digər dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlıdır. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər.

Çünki bu məqam “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir. Belə ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button