2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Köçərli Həsənov və qudası “Azərsu”da necə varlarırlar?

Azərsu ASC-nin əməkdaşı sədr əvəzi Köçərli Həsənov və qudası Misirlə birgə “Azərsu”da törətdiyi korrupsiya halları haqqında “24 saat”a danışdı. Misir Köçərlinin qızını oğluna ərə vermiş və bu qohumluq əlaqələrindən sonra “Azərsu”nun təmir-tikinti işləri üçün nur topu kimi yeni korrupsiya halları doğulmuşdur. Misir və şirkəti, Bakı-Sumqayıtın bütün kanalizasiya sistemlərinin qurulmasınna “Azərsu”nun maşın və mexanizmlərini cəlb etməklə milyonlara sahib olmuşdur. Şikayətçi sabiq sədr Qorxmaz Hüseynovun da Köçərli Həsənovun bu yolla pul qazanması üçün şərait yaratdığını bildirdi.

Köçərli Həsənov ilə Yaqub Eyyubovu birləşdirən “Arçiko” şirkətinin “Azərsu”da gördüyü yarımçıq işlərə göz yumularaq istismara qəbul edilməsi nəticəsində, Sumqayıt və digər rayonlarda kanalizasiya sistemlərində hələ də işlər tamamlanmamışdır. Məlumatlara görə, Köçərlinin qohumları və iş adamları ev və bağlarını satışa çıxarıb, pul toplayıb, Köçərli Həsənovu “Azərsu”ya sədr qoymaq üçün təklif edirlər.

Ancaq “Azərsu” ASC-dəki yoxlamaların ciddi nəzarət altında olduğu və heç bir “day-dayı”ya imkan verilməyəcəyi açıqlanmışdır. Beləliklə, əli korrupsiyaya batmış şəxslərin məsuliyyətdən kənarda saxlanmaq imkanı olmayacaqdır. Lakin səbəbsiz şəkildə Köçərli ilə Misir istintaqa cəlb edilməməsi, Yaqub Eyyubovun bu işlərə imkan verdiyi şübhələrini yaratır.

Saytların yığılması Saytlarin yigilmasi

Cavid

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button