2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

KQB generalarının sifarişilə 24saat.org saytının baş redaktoru Vüqar Qurdqanlının (Ələkbərov) Elşad Abdullayev barəsində cinayət xarakterli növbəti Yalanı – CAVAB HAQQI

ABU-un sabiq rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayev saytımızda barəsində dərc olunan Lapşinin azərbaycanlı sponsorunun Elşad Abdullayev olduğu üzə çıxdı başlıqlı yazıdan sonra özünün facebook hesabında cavab yazısı ilə çıxış edib. 24saat.org olaraq Elşad Abdullayevin iddialarını olduğu kimi təqdim edirik:
Lapşinin azərbaycanlı sponsorunun Elşad Abdullayev olduğu üzə çıxdı,03.06.2023- Vüqar Qurdqanlı (Ələkbərov)
1.1. 24saat.org saytının baş redaktoru Vüqar Qurdqanlı (Ələkbərov) cinayət xarakterli Yalan iddia edir ki, guya Aleksandr Lapşınin Azərbaycanlı sponsorunun Elşad Abdullayev olduğu üzə çıxdı
1.2. Vüqar Qurdqanlı (Ələkbərov) idia edir ki, Aleksandr Lapşınə sponsurluq etməyimin əsasında guya Avropada mənim ermənilərlə sıx biznes əlaqələrim və ermənilərlə qohumluq əlaqələrim dayanır. Fikrimcə, Yalanı sübut etməyə ehtiyac yoxdu, vaxt itkisidir. Belə çıxır ki, mənə deyirlər ki, Elşad Abdullayev Dəvədir. Deməli, mən sübut etməliyəm ki, mən Dəvə deyiləm ?!
Hamıya bəllidir ki, bu faktın özü heç bir sübuta ehtiyacı olmayan hüquqi aksiomadır. Burada hər bir şey gözlə görünür, qulaqla eşidilir. Görünən daga bələdçi olmaz..
1.3. Vüqar Qurdqanlının (Ələkbərov) digər Yalanı – Mənbəmiz hələlik ictimaiyyətə açıqlamağımızı istəmədiyi faktlarla sübut edir ki, Elşad Abdullayev Aleksandr Lapşinin Azərbaycanın haqlı mövqeyinə qarşı “silahlanması” üçün lazım olan maddi yardımın əsas hissəsini Elşad Abdulleydən ala bilib.
1.4. Vüqar Qurdqanlı kimdir ?
24saat.org saytının baş redaktoru Vüqar Qurdqanlı (Ələkbərov) KQB-in AXCP-na yerləşdirilmiş gözə görünməyən agentidir. Bu səbəbdən ona Mahir Abdullayevin ogurlanması cinayətini edən Beynəlxalq Mütəşəkkil Cinayətkar Təşkilatın KQB Xüsusi Təyinatlı Dəstənin generalları bilavasitə havadarlıq və himayədarlıq edirlər, onlarla həmyerli və yaxın qohumlardı:
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi General Bəylər Əyyubovun həmyerlisi və yaxın qohumu, “Qara qurd” & “Qartal” Xüsusi Təyinatlı Dəstənin – Ölüm eskadronunu Gizli Polis İdarəsinin rəisi KQB-in General-polkovnik Telman Alyoşa oglu Qasimov;
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Xaricidə yaşayan Azərbaycanlıların işi üzrə Şöbənin rəisi, KQB-in General-polkovniki Elnur Hüseynov (Eltürk);
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi General Bəylər Əyyubovun həmyerlisi və yaxın qohumu, “Qara qurd” & “Qartal” Xüsusi Təyinatlı Dəstənin – Ölüm eskadronunun Gizli Polis killeri Fuad Agayev (İsveçrə).
1.5. Vüqar Qurdqanlı (Ələkbərov ) DTX-in “Qartal” Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşlarına bilavasitə media yardımı edir. Burada, diqqəti çəkən məqam odur ki bloger Aleksandr Lapşinini də 2016-cı il tarixində Belarusiyada həbs edib Bakıya gətirənlər də “Qara qurd” & “Qartal” Xüsusi Təyinatlı Dəstəsinin əməkdaşları olub…
2.Aleksandr Lapşınin Elşad Abdullayev haqqında Dogruları:
2.1.Bloger Aleksander Lapshin 1 iyun 2023-cü il tarixli Facebook profilində “24saat.org“ saytının baş redaktoru Vüqar Qurdqanlının (Ələkbərov) Fransada yaşyan Elşad Abdullayev barəsindəki cinayət xarakterli Yalan məlumatını özü ifşa etdi. Və bildirdi ki, mən Elşad Abdullayevlə heç bir əlaqəm yoxdur:
Алиевская пропаганда “раскрыла” того, кто финансирует Лапшина – очередной рекорд глупости побит-02.06.2023
Əliyevin təbliğatı Lapşini kimin maliyyələşdirəni “ifşa etdi” – bununla daha bir növbəti Yalanın axmaqlıq rekordunu qırdı-02.06.2023 (Azerb/dilində)
Üç gün əvvəl tanınmış azərbaycanlı jurnalist və müxalifətçi Məhəmməd Mirzəli ilə (bir il əvvəl Fransada Əliyevin agentləri tərəfindən hücuma məruz qalan və ona onlarla bıçaq xəsarəti yetirən həmin şəxslə) Parisdə gəzib gülürdü ki, Azərbaycanda bizim videoya ən yüksək səviyyədə baxılıb təhlil olunacaq. Xatırladım ki, Məhəmməd Əliyevlər ailəsinin dövlət büdcəsindən oğurlanmış pullarla aldığı Paris mülklərinə ekskursiya etdi. Güman edirdik ki, Azərbaycanda yazacaqlar ki, Lapşin Mirzəlini maliyyələşdirir, yoxsa Mirzəli Lapşini maliyyələşdirir.
Amma görünür, özləri ianə və yardım hesabına dolanmağa məcbur olan iki təvazökar blogger haqqında belə cəfəngiyyatlar yazmaq Bakı standartlarına görə də axmaqlıqdır. Ona görə də dəhşət içində azərbaycanlılardan hansının Lapşinə Əliyev rejiminə qarşı “sponsorluq” etdiyini axtarıb, bəlli Elşad Abdullayevi tapıblar.
Düzünü desəm, bu şəxsin adını ilk dəfə Azərbaycan mətbuatından eşitmişəm. Üstəlik, bu cəfəngiyyatlar onların səriştəsiz Xüsusi Xidmət Orqanlarının müstəsna məxfi məlumatlarına istinad edərək yazılır. Təəccüblü olmasa da, Azərbaycan Xüsusi Xidmət Orqanlarının əsas vəzifəsi öz vətəndaşlarının qulaqlarına Əriştə asmaqdan ibarətdir.
Zarafat bir yana, Azərbaycan yazmasaydı ki, bu Abdullayev mənə “sponsorluq edir”, o zaman bu adamın kim olduğunu ümumiyyətlə bilməzdim. Beləliklə, mən google-da axtarış etdim və çox maraqlı şeylər tapdım. deyin?
2013-cü ildə Abdullayevin özünü şantaj edərək susdurmaq üçün onun qardaşını Bakıda oğurlayıblar. Mətbuatda yayılan məlumata görə, o, hansısa general Akif Çovdarovu qardaşını oğurlamaqda ittiham edib. Çovdarov adı mənə tanış görünürdü. Mən onun haqqında haradan eşitmişəm?
Şübhəsiz ki. General Çovdarovun yanımdakı kamerada saxlandığı Kürdəxanının Bakı həbsxanası. Amma həmin Abdullayevin qardaşının oğurlanmasına görə yox, “rüşvət”ə görə. Bəs rüşvət haqqında nə demək olar?
Çovdarov qəzəbli Əliyevlərdən biri idi, amma sonra Abidənin oğlu ilə nəsə paylaşmadı və onu 12 il həbs etdilər. Düzdür, bir neçə ildən sonra azad etdilər, yəqin iriburunlu sultanın qarşısında tövbə etdilər.
Gözəl intriqadı, elə deyilmi?
3.Elşad Abdullayevin həqiqətləri:
3.1. Dostlar və əziz həmvətənlərim !
Bir hüquqşünas kimi hesab edirəm ki, bloger Aleksandr Lapşınin bu problemlə baglı yazdıqları obyektiv Dogrunu özündə əks etdirir;
3.2.Mən bloger və ya jurnalist deyiləm. Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev olaraq bir hüquq professoru kimi bildirirəm ki, Məqalədə adı keçən bloger Aleksandr Lapşınlə heç bir vaxt yaxın-uzaq tanışlıgım olmayıb. Aleksandr Lapşin adlı bloger tanımıram, onunla heç bir iş birliyində olmamışam, hətta sosial media üzərindən belə heç bir əlaqəm olmayıb.
Lakin, 24saat.org saytının baş redaktoru Vüqar Qurdqanlı nın (Ələkbərov) qeyd ounan Yalan məaqləsində bloger Aleksandr Lapşın barəsində Google üzərindən araşdırma apardım, adam Sosial media üzərindən öz fəaliyyətini ictimailəşdirir, hadisələrə obyektiv qiymət verir və heç kimi söyüb-təhgir etmədən öz fikirlərini təqdim edir. Onun çoxsaylı dinləyicisi olduguna görə ictimai rəyə təsir etmək imkanına malikdi…
Digər tərəfdən, Fransa Konstitussiyasına görə bütün millətlər qanun qarşısında bərabərdi, burada Azərbaycanlı-erməni söhbəti yoxdur…’
3.3.Axı, mənim tanımadıgım adamla heç bir əlaqəm olmadıgı halda ona necə maddi yardım edə bilərdimki ?!
Məlumdur ki, Bank əməliyyatları şəxsi olaraq bilavasitə internet üzərindən aparlır. Əgər, Sosial media üzərindən mənim Aleksandr Lapşınlə əlaqələrimiz haqqında maddi sbutlarınız vardırsa qoyun otrtaya…;
3.4.Göünür belə cinayət xarakterli Yalan məqələni yazanlar yenə Aleksandr Lapşın məsələsini Azərbaycanın əleyhinə siyasiləşdirmək istəyirlər. Onun çoxsaylı dinləyicisi olduguna görə Sosial mediayaya təsir etmək imkanları vardı…
3.5. Kişi olun, Xarici və Azərbaycan vətəndaşlarını ucuz yalanlarla Şərləməyin !
Bu vəziyyətimdə mənə və ailə üzvlərimə qraşı belə bayagı cinayət xarakterli Yalanı səsləndirməyin, Xarici və Azərbaycan vətəndaşını şərləməyi özünüzə necə sıgışdırırsınız ?!
Dünyada elə bir Xalq yoxdur ki, onlar Azərbaycandakı qədər öz hakimiyyətinin “Paqonlu geneürallarının” Mütəşəkkil Cinayətkar Dəstəsi tərəfindən Söyülüb-təhgir edilsinlər ?!
Nəticə etibarı ilə, 24saat.org saytının baş redaktoru Vüqar Qurdqanlı (Ələkbərov) Mahir Abdullayevin ogurlanması cinayətini edən “Paqonlu geneüralların” Beynəlxalq Mütəşəkkil Cinayətkar Dəstəyə açıq-aşkar, bilə-bilə media yardımı edir …

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button