2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

MN: Hərbçi avtoqəzada həlak olub

Yayımlandı: 10 İyul 2022 15:50

Hadisə ilə bağlı araşdırma aparıldığı deyilir

İyulun 9-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruz Mirtağı oğlu Tağıyev Laçın rayonu ərazisində həlak olub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçi axşam saatlarında baş vermiş avtoqəza nəticəsində həyatını itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Novruz Tağıyev Tovuz rayonu Koxanəbi kənd sakini olub.

Hadisədən 4 gün öncə, iyulun 5-də Laçın rayonunda daha bir hərbçi qeyri-döyüş şəraitində həyatını itirib. Rəvan Tağıyevin özünü ona təhkim edilmiş avtomatla vurduğu bildirilirdi https://www.meydan.tv/az/article/azerbaycan-esgeri-helak-olub-gulle-bogazindan-deyib/.

Azərbaycan ordusunun daha bir əsgərinin intihar xəbəri isə iyulun 8-də yayılıb. Baş Prokurorluq əsgər Hüseyn Bayramovun intihar etdiyini deyir https://www.meydan.tv/az/article/prokurorluq-esgerin-intihar-etdiyini-deyir/.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button