2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Niderlandda İranın müxalifət lideri Əhməd Molla Nissi öldürülüb

İranın qərbində yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində müstəqil bir dövlət qurmaq üçün mübarizə aparan Ərəb Qurtuluş Hərəkatının (ASMLA) lideri Əhməd Molla Nissi Niderlandın Haaqa şəhərində baş verən silahlı hücum nəticəsində öldürülüb.
Regiondakı sünni ərəb azlıqlarının müstəqilliyini hədəfləyən təşkilat İran rejimi tərəfindən “terrorçu” kimi səciyyələndirilir.
Haaqa polisi çərşənbə axşamı Jan van Riebek küçəsində meydana gələn sui-qəsd nəticəsində öldürülən şəxsin ASMLA lideri Nissi olduğunu açıqlayıb.
Baş verən hadisədən sonra davranışları ilə şübhə doğuran bir nəfər həbs olunub.
Niderland televiziyasına (NOS) müsahibə verən bəzi şahidlər sui-qəsddə İran rejimini ittiham edib.
Şahidlərdən biri Nissi-nin daha əvvəllər də öldürülməsinə cəhd edildiyi firkini irəli sürüb.
Ərəb Qurtuluş Hərəkatının (ASMLA) internet saytında hərəkatın lideri Əhməd Molla Nissi-nin öldüyü barədə məlumat yayılıb.
Niderland vətəndaşı olan Nissi 10 ildir ki, Haaqada yaşayırdı. Nissi ötən il lideri olduğu təşkilatı Haaqa Ticarət Palatasında qeydiyyatdan keçirmişdi.
Ticarət Palatasının sənədlərində təşkilatın “Xuzistanda müstəqil və demokratik bir ərəb cumhuriyyəti qurmaq üçün İranın işğalına qarşı müstəqillik mübarizəsi apardığı” bildirilir.
Nissi-nin lideri olduğu ASMLA 1999-cu ildə təsis edilib. İran hökuməti tərəfindən “terror təşkilatı” kimi səciyyələndirilən hərəkat Xuzistandakı silahlı hücumlarda ittiham edilir. Xuzistanda sonuncu dəfə hücumlar bu ilin əvvəlndə həyata keçirilib. ASMLA iki neft kəmərini ələ keçirdiyini açıqlamışdı. Amma İran hökuməti bu açıqlamanı təkzib etmişdi.
ASMLA Avriopa İttifaqının (Aİ) “terror təşkilatları” siyahısında yoxdur. Buna görə də təşkilat Niderlanddakı fəaliyyətini qanuni olaraq davam etdirir.
Təşkilat İranın İraq sərhəddində yerləşən Əhvaz şəhərindəki sünni ərəb azlıqlarının yoxsulluq içində yaşadığını müdafiə edərək İrandan ayrılmaq istəyir.

bbc-azeri

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button