Now Reading:
Prezident Sona Vəliyevanı işdən çıxardı – VİDEO

Prezident Sona Vəliyevanı işdən çıxardı – VİDEO

Əli Həsənovun həyat yoldaşının MTRŞ-dən getməsinin təsadüfi olmadığı, “Xəzər” TV-də Abel Məhərrəmovla  bağlı süjetə görə istefaya göndərildiyi bildirilir

Milli Televiziya və Radio Şurası (MTRŞ) filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması ilə bağlı məlumat yayyıb.

24saat.org xəbər verir ki, məlumata görə, Sona Vəliyeva hələ bir neçə müddət öncə elmi fəaliyyətilə əlaqədar olaraq Şura üzvlüyündən azad olunması ilə bağlı dövlət başçısına mrüaiət edib.

“Cənab prezident də Sona xanım Vəliyevanın istefa ərizəsini qəbul edib. Çünki Sona Vəliyeva çoxdandır ki, elmi iş yazır. Bu səbəbdən də Sona Vəliyeva rəsmi şəkildə istefa ərizəsilə cənab prezidentə müraciət etmişdi. Prezident də onun istefasını qəbul edib. Yəni, Sona Vəliyeva öz xahişi ilə Milli Televiziya və Radio Şurası üzvlüyündən gedib. Yəni, onunla bağlı hər hansı problem olmayıb”.

MRTŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, S.Vəlayevanın istefası noyabrın 15-də reallaşıb.

Sona Vəliyeva Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər üzrə şöbənin müdiri Əli Həsənovun həyat yoldaşıdır.

2013-cü il noyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Sona Vəliyevanın Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzamışdı. Sərəncamda qeyd olunurdu ki, Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü təyin edilir.

24saat.org xəbər verir ki, iki gün öncə Əli Həsənovun birbaşa nəzarətində olan Xəzər TV-nin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov haqqında hazırladığı süjet saytlarda və sosial şəbəkədə böyük sayda izləndi.

Abel Məhərrəmovun işdən çıxarılmasına səbəb kimi onun İspaniyaya səfər zamanı “çaxır qalmaqalı”na səbəb olması barədə olan süjet isə efirə getmədi. Media ekspertləri hesab edirlər ki, Sona Vəliyevanın istefa verməsinin və istefanın prezident tərəfindən məhz həmin süjet efirə gedən gün imzalanması təsadüfi deyil.

Media hüququ ürə ekspert, hüquqşünas Ələsgər Məmmədli yazır:

“Son günlər BDU rektorunun işdən çıxarılması səbəbləri mediada geniş müzakirə edilir. Xüsusilə Xəzər tv-nin efirə getmədiyi halda, Youtube-da yayılan və sonra silinən reportajdan həmən sonra Xəzərin sahiblərindən Sona Vəliyevanın Milli Teleradio Şurası üzvlüyündən istefa xəbərinin yayılması bu aspektdən maraqlıdır. 
Şura sədrinin yaydığı bu məlumat başqa bir problemi də gündəmə gətirməlidir. Belə ki, Şuranın 9 üzvü olmalıdır. Lakin hazırda cəmi 6 üzv var. Onların da ikisinin müddəti 3 ay sonra başa çatır. Üstəlik, 6 üzvün dördü Şura yarandığı 2003-cü ildən bəri 15 ildir üzvlərdir. Anoloji Şuralarda maksimum iki dəfə üzvlük mümkünkən, bizdə digər sferalarda olduğu kimi təyin edilənlər həmin yerə yapışıb qalır.”

24saat.org

 

 

 

Input your search keywords and press Enter.