2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putinlə Ruhani görüşdü

Moskvada səfərdə olan İran prezidenti Həsən Ruhani ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putin İranı xeyirxah qonşu və Rusiyanın etibarlı partnyoru adlandırıb.

Putin Rusiya və İranı yüzilliklərin bir-birinə bağladığını, diplomatik münasibətlərin yaşının 500-dən çox olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Həsən Ruhani öz növbəsində, Rusiya və İranın Yaxın Şərq regionunda əməkdaşlığının sülh və sabitliyə xidmət etdiyini, üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib. O ümid etdiyini vurğulayıb ki, Rusiyaya səfərinin gedişatında Rusiya-İran münasibətlərinin möhkəmləndirilməsi üzrə yeni addımlar atılacaq.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button