2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rza Zərrab işində adı keçən azərbaycanlılar

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) həbs etdiyi azərbaycanlı iş adamı Rza Zərrabın istintaqla əməkdaşlığa başlaması Azərbaycanda da narahatlığa səbəb olub.

24saat.org xəbər verir ki, Rza Zərrab artıq birinci ifadəsində Ərdoğan hakimiyyəti üçün şok effekti yaradan açıqlamalar verib. İş adamı İranın tətbiq edilən maliyyə sanksiyalarını dəlməyində Türkiyə hakimiyyətinin də rolu oldğunu iddia edib. Zərrab bildirib ki, o İranla bağlı biznes planlarını həyata keçirmək üçün Türkiyənin Avropa Birliyi işləri üzrə sabiq naziri Egemen Bağışın dəstəyindən yararlanıb:

“İran neft-qaz gəlirlərini əldə etdiyi gəlirləri sanksiyalar səbəbindən istifadə edə bilmirdi. Məhməd Hakan Atilla bu məsələdə ən məlumatlı adam idi. “AktivBank” İranla əməkdaşlıq edəcək müştərilərə hesab açılması üçün xüsusi icazənin olmasını bildirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Egemen Bağış “AktivBank”da hesab açmaq üçün mənə xüsusi yardım etdi. 2010-2011-ci ildə İran Mərkəzi Bankının sədri Mahmud Bəhmani ilə görüşlər keçirdim. İran Mərkəzi Bankına maliyyə xidməti məsələsində razılıq əldə olundu. Daha sonra “AktivBank” rəhbəri ilə görüşdən sonra hesab açdım. Hesab 5-10 milyon avro ilə dövriyyəyə başladı.

Rza Rərrab
Rza Rərrab

İran Mərkəzi Bankı ilə razılaşmanın pozulmasından sonra aralarında Hüseyn Nəcəfzadənin də olduğu “Bank Mellat” nümayəndələri ilə görüşüb ABŞ sanksiyalarını pozmağa başladıq. “Aktiv Bank” gəlirin önəmli bir hissəni qarşılayırdı”.

Zərrab daha sonra bildirib ki, İranla bağlı biznes planlarında sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana da 45-50 milyon avro civarında rüşvət verib.

Bəs Rza Zərrabın açıqlamaları Azərbaycanda niyə narahatlıq yaradıb?

Bəzi iddialara görə “Zərrab işi”ndə Azərbaycandan olan iş adamlarının adı hallanır. Və güman ki, bu məsələlərə də aydınlıq gətiriləcək. Adı hallandırılan iş adamları bu və ya digər şəkildə Azərbaycan hakimiyyətinə bağlıdır. Bu halda Zərrabın danışmağa başlaması Azərbaycan iqtidarını əndişəkəndirməyə bilməz.

İndisə keçək “Zərrab işi”ndə adı halandırılan iş adamlarına. Onlardan biri Əhməd Məmmədov adlı şəxsdir. Əhməd Məmmədov “Sığorta Mamed” kimi tanınan “Azərsığorta”nın rəhbəri Məmməd Məmmədovun oğludur. Əhməd Məmmədov hazırda “Azəri-Türk Bank”ın “Mərkəz” filialının direktorudur.

Elmar Məmmədov

Vaxtilə qardaşı Elmar Məmmədov bu bankın rəhbəri olub. Daha sonra Beynəlxalq Bankın rəhbərliyinə gətirilib. Qara bazara dollar ötürmə əməliyyatlarına görə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Elmar Məmmədov maliyyə naziri Samir Şərifova yaxın şəxs kimi tanınır.

Bəzi iddialara görə, Elmar Məmmədov indi də Samir Şərifova yaxınlığı ilə seçilən “Azəri-Türk Bank”ın işinə qeyri-rəsmi nəzarət edir.

Samir Şərifov
Samir Şərifov

Yeri gəlmişkən, Əhməd Məmmədovun adı Hacı Məmmədov olayında da keçir. O, Hacı Məmmədovun oğurladığı və külli miqdarda pul müqabilində azad olunduğu şəxslərdən biridir.

“Zərrab işi”ndə adı keçən başqa bir azərbaycanlı iş adamı isə Vidadi Bədəlovdur. O,Türkiyədə “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı “xəyali şirkət” (ofşor) qurub – 2009-2012-ci illərdə pul transferləri də bu şirkətlərlə aparılıb.

Bu şəxsin də Azərbaycan hökumətinə bağlı olduğu barədə iddialar var.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button