2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Səddamın nəvəsi Trampdan kömək istədi – İrana qarşı

Səddam Hüseynin nəvəsi Məsut Uday Amerika prezidentindən İranın əl  qoyduğu cənazələr üçün yardım istədi.
Moderator.az xəbər verir ki, İraqın edam edilən lideri Səddam Hüseynin nəvəsi Məsut Uday ABŞ Prezidenti Donald Trumpa məktub yazaraq İranın əlində saxladığı qohumlarının cənazələrinin geri alınması üçün yardım etməsini xahiş edib:
“Böyük babası öldürülmüş bir  nəvə olaraq Sizdən bir xahişim var. İraqdakı məlum hadisələr zamanı İran milislərinin zorla qaçırdığı qohumlarımızın cənazələri indiyədək İranda saxlanmaqdadır. Cənazələrdən biri atamın qardaşı Vatban İbrahim əl-Həsən əl-Tiqritinindir. Onu Bağdadda cəza evində öldürdülər və cənazəni xanımına təslim etdilər. Daha sonra İran milisləri cənazəni oğurladılar. Hələ də cənazə onların əlindədir.
İran rəsmiləri babam Uday Səddam Hüseynin, əmim Kusay Səddam Hüseynin, əmim oğlu Mustafa Kusay Səddam Hüseynin və atamın digər qardaşı Barzan İbrahim əl-Həsən əl-Tiqritin cənazələrini hələ də girov saxlamaqdadırlar və bizə qaytarmırlar.
İranın əlində olan  şəhidlərimizdən daha biri Avad  Həmid əl-Bandar, digəri isə, Taha Yasin Ramazandır.
İki il öncə İran milisləri Tarik əzizin cənazəsinə hava limanında əl qoymuşdular. Ancaq uzun mübarizə nəticəsində cənazə Bağdad hava limanından Urdinə gətirildi. Təəssüf ki, bu gün İran digər cənazələrimizə zorla əl qoyub və bütün uğraşmalarımıza baxmayaraq bizə qaytarmır ”.
Məktubda 2003-cü ildən bəri günahsız insanların Bağdad hökumətinin zindanlarında İran milisləri tərəfindən  işgəncə ilə öldürüldüyü qeyd edilir. “ABŞ bu məsələdə cəza evlərində cəza çəkməkdə olan  Bağdad rəsmilərinin İran milisləri tərəfindən öldürülməsinə imkan verməyəcəyinə dair söz vermişdi. Ancaq bu qətliam davam etməkdədir. İran şəhidlərimizin cənazələrinə Obama hakimiyyəti dönəmində əl qoydu. Bu durum Beynəlxalq hüquqa və insan haqlarına zidd bir durumdur. Sizin bu məsələyə həssaslıqla yanaşacağınızı gözləyirik və terrorizmin ən böyük dayağı olan İranın zorla əlində saxladığı cənazələri aid olduğu yerə təslim etmələri üçün yardımlarınızı gözləyirik” – deyə, Səddam Hüseynin nəvəsi Məsut Uday məktubunda yazmışdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button