Loading...
Loading...
SEÇMƏ

Saakaşvilinin vəziyyəti kəskin pisləşib – Artıq qida qəbul edə bilmir

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin səhhəti kəskin pisləşib.

Bu barədə onun qardaşı Giorgi Saakaşvili mətbuata açıqlamasında bildirib.

O, keçmiş Prezidentin vəfat edəcəyi təqdirdə Gürcüstan hökumətinin məsuliyyət daşıyacağını deyib.

Giorgi Saakaşvili qardaşının artıq qida qəbul edə bilmədiyini dərhal xaricdə müalicəyə ehtiyac duyduğunu vurğulayıb.

Sabah saat 19:00 Gürcüstanın hökumət binasının qarşısında etiraz aksiyası təyin edən Mixeil Saakaşvilinin ailə üzvləri insanları aksiyada iştirak etməyə çağırıb.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstan İnsan Haqları Müvəkkilinin (Ombudsman) nəzarəti altında yaradılmış həkimlər şurası da sabiq Prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin pisləşməsi ilə bağlı bəyanat yayıb.

Gürcüstan hökuməti Mixeil Saakaşvilinin müvafiq tibbi müalicə aldığını onun azadlığa buraxılmasının mümkünlüyünün nəzərdən keçirilmədiyini bəyan edib.

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili artıq 7 aydır ki, həbsdədir. O, 2021-ci ilin 1 oktyabrında Tbilisidə qaldığı mənzildə saxlanılıb.

24 saat” “Saakaşvilinin vəziyyəti kəskin pisləşib – Artıq qida qəbul edə bilmir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiyanın Donbas hücumu niyə ləng gedir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun