Bizim tərcüməDünya

Şiddətli partlayışın baş verdiyi körpünün üstündə maşın sürdü! Putinin Krımda güc nümayişi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiya prezidenti Vladimir Putin partlayışdan sonra təmir edilən Krım (Kerç) körpüsünə baxış keçirib.

Kreml Sarayının açıqlamasına görə, Putin Kerç körpüsünü ziyarət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazirin müavini Marat Hüsnullin orada inşaatçılarla görüşdükdən sonra Putinə təmir işləri barədə məlumat verib.

Kremlin səfərlə bağlı paylaşdığı videoda Putinin körpüdə maşın sürdüyünü əks etdirən kadrlar yer alıb.

2014-cü ildə Rusiya ilə qeyri-qanuni ilhaq edilmiş Krım arasında yerləşən Kerç körpüsündə oktyabrın 8-də yük maşınında baş verən partlayış nəticəsində yanacaq daşıyan qatarın vaqonlarında yanğın baş verib və körpü zədələnib. Partlayış nəticəsində 3 nəfər ölüb.

Həmin gün Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiya ilə Krım arasında körpüdə baş verən partlayışın “başlanğıc” olduğunu açıqlayıb.

22

Putin oktyabrın 9-da Krım körpüsündə partlayışın Ukrayna kəşfiyyatı tərəfindən törədildiyini bildirib.

2018-ci ildə rəsmi olaraq Putin tərəfindən açılan və “Krım” kimi tanınan körpü Krımla yol əlaqəsini təmin etdiyi üçün Rusiya üçün strateji əhəmiyyətə malikdir. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button