2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

SOCAR və Vergilər Nazirliyindən birgə AÇIQLAMA

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı

Kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamalarla bağlı məlumatlar yayılır.

24saat.org xəbər verir ki, adıçəkilən iki qurum birgə məlumat yayıb. Onlar yayılan məlumatları həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan xəbərlər adlandırıblar. “Nəticə etibarilə, dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır. Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biridir. Həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir.

Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün şirkətlərdə, o cümlədən, SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir.

Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən, bu şirkətdə müvafiq yoxlamalar aparır. Bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.

Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır. KİV-də  yer alan bir sıra məlumatlar əsassız və uydurmadır.

Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər.

KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur.

Bu baxımdan, media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər” – deyə məlumatda qeyd olunur.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button