2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Toza, suya və zərbələrə davamlı smartfon

“Oukitel” şirkəti 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən yeni mühafizəli smartfon nümayiş etdirib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, “K10000 Max” adlanan model toza, suya və zərbələrə davamlı korpusa malikdir. Yeni qurğu 5,5 düym diaqonallı 1920х1080 piksel (Full HD) təsvir ölçülü ekranla təchiz edilib.

Məlumata görə, smartfon 1,3 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6753” prosessoru əsasında yaradılıb. Operativ yaddaş 3 giqabayt, quraşdırılmış yaddaş 32 giqabayt təşkil edir. Ön və arxa kameraların təsvir ölçüsü müvafiq olaraq 13 və 8 meqapikselə bərabərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, barmaq izi skanerinə malik qurğu “LTE”, “Wi-Fi” (802.11a/b/g/n), “Bluetooth 4.0”, “GPS” və “GLONASS” modullarını dəstəkləyir.

“K10000 Max” smartfonu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button