2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyədən Türkmənistan vətəndaşları üçün viza tətbiqi istənilir

Ötən ay beş türkmən insan haqları fəalı Türkmənistanın İstanbuldakı konsulluğunda hücuma məruz qalıb

Saytların yığılması Saytlarin yigilmasi

Aşqabad Ankaradan Türkmənistan vətəndaşları üçün “müvəqqəti” viza tələb etməsini istəyib. Bu addımdan məqsəd açıq-aşkar Türkiyədəki türkmən insan haqları fəallarının fəaliyyətini məhdudlaşdırmaqdır.

Türkmənistan Xarici İşlər Nazirliyi ötən həftəsonu verdiyi bəyanatda qeyd edir ki, “Türkmənistan vətəndaşlarının Türkiyə Respublikasında qalması qaydalarını yaxşılaşdırmaq və sistemləşdirmək üçün” belə addım atılır.

Hazırda türkmənistanlılar Türkiyədə 30 gün vizasız qala bilirlər. Ancaq onlar iş icazəsi, yaxud uzunmüddətli viza almaqla ölkədə qanuni qalma müddətini uzada bilirlər.

Türkiyə Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, sentyabrın 1-dək bu ölkədə 230 minədək Türkmənistan vətəndaşı daimi qalıb. Ancaq bir çox qeyri-rəsmi mənbələr bu sayın bir neçə dəfə yüksək olduğunu deyirlər. Çünki Türkiyədə xeyli sayda qanunsuz yaşayan türkmən mühacir də var.

Təxminən 3 ay öncə bir qrup türkmənistanlı Türkmənistan Prezidenti Qurbanqulu Berdimuxamedov və digər yüksək rütbəli rəsmilərə qarşı məhkəmə iddiası qaldırıb, onları insan haqları pozuntularında suçlayıb.

Ötən ay beş türkmən insan haqları fəalı Türkmənistanın İstanbuldakı konsulluğunda hücuma məruz qalıb. Onlar Prezident Sərdar Berdimuxamedova ünvanladıqları məktubu təqdim etməyə getmişdilər. Məktubda bu Orta Asiya ölkəsində insan haqlarının vəziyyətinə etiraz ifadə edilirdi.

Türkiyədə yaşayan Türkmənistan vətəndaşları pasportlarını təzələmək, türkiyə immiqrasiya orqanlarının tələb etdiyi sənədləri almaq üçün problemlərlə üzləşiblər.

Türkmənistan dünyanın ən repressiv ölkələrindən biridir.

24 saat” “
Türkiyədən Türkmənistan vətəndaşları üçün viza tətbiqi istənilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button