Loading...
Loading...
SEÇMƏ

Ukrayna bərpa planını açıqladı: rus oliqarxların pulları tələb olunur

Yayımlandı: 5 İyul 2022 12:40

Üçmərhələli plan üçün 750 milyard dollar lazım olacaq

Ukraynanın Baş naziri Denis Şmıqal Rusiyanın işğalından sonra Ukraynanın üç mərhələli bərpa planı keçməli olduğunu açıqlayıb.

O bildirib ki, bu mərhələlərdən ibarət plan üçün onlara azı 750 milyard dollar lazım olacaq.

Denis Şmıqal həmçinin İsveçrənin ev sahibliyi etdiyi Ukraynanın Bərpası Konfransında Rusiyanın işğalı nəticəsində Ukrayna infrastrukturuna 100 milyard dollardan çox birbaşa ziyan dəydiyini bildirib.

“Bu gün Ukraynanın birbaşa infrastruktur itkiləri 100 milyard dollardan artıqdır. Artıq 750 milyard dollar dəyərində qiymətləndirilən yenilənmə planını kim ödəyəcək?”, – deyə Baş nazir sual edib.

Şmıqal bildirib ki, bərpa planı üçün əsas maliyyə mənbəyi rus oliqarxlarından müsadirə edilmiş aktivlər olmalıdır.

O, Ukrayna hökumətinin də bu iddiada olduğunu söyləyib:

Denis Şmiqal. Foto: wikimedia

“Ukraynanın bərpa planı üç mərhələdən ibarətdir: Birincisi, insanların gündəlik həyatı üçün vacib olan məsələlərin həllinə yönəlib. Sonra davam edən su təchizatı, müvəqqəti yaşayış yeri, xəstəxana və məktəb də daxil olmaqla, döyüşlər bitən kimi işə salınacaq “sürətli bərpa” komponenti gəlir. Ardınca isə layihələr və ölkəni daha uzun müddətə çevirməyi hədəfləyən layihələr gəlir”.

Baş nazir hər birinin çox önəmli və lazım olduğunu deyib.

Fevralın 24-dən Rusiya Ukrayna ərazisinə hərbi müdaxiləyə başlayıb.

Bu müddət ərzində yüzlərlə dinc sakin həyatını itirib, milyonlarla insan ölkəsindən köçkün düşüb.

Eyni zamanda, Ukraynanın onlarla şəhəri yerlə yeksan edilib, infrastruktura, yaşayış binalarına, mədəni abidələrə ziyan dəyib. Bu gün ziyanın məbləğinin milyardlarla dollara çatdığı bildirilir.

Meydan TV

Gözdən qaçırmayın:  Qarabağ qazisi İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button