2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynanı dünyadan silməli olan müharibə onu dünyaya tanıtdı

Texas ştatının Dallas şəhərindəki Deep Vellum adlı kiçik nəşriyyat üç il əvvəl ukraynalı yazıçı Andrey Kurkovla onun kitabının nəşri barədə müqavilə imzalayanda onun standart tirajla – 2 min nüsxə çap olunması razılaşdırılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin AzadlıqRadiosunun Vaşinqton müxbiri Todd Prinsin (Todd Prince) məqaləsində deyilir ki, kitab satışa hazır olanda dünya tanınmayacaq dərəcədə dəyişmişdi.

Rusiya ötən il fevralın 24-də Ukrayna üzərinə tammiqyaslı müharibəyə başlayandan bəri Ukrayna Qərb mediasının əsas mövzusuna çevrilib, Ukrayna tarixinə və mədəniyyətinə maraq isə misilsiz sürətlə artıb.

Kurkovun “Boz arılar” (Grey Bees) romanındakı hadisələr 2014-cü ildən bəri döyüş meydanına çevrilmiş Donbas regionunda cərəyan edir.

Deep Vellum nəşriyyatının təsisçisi Uill Evans (Will Evans) AzadlıqRadiosuna deyib ki, sözü gedən kitab mağaza rəflərindən “uçur” və roman artıq 2000 min nüsxə əvəzinə 20 min tirajla çap olunub.

Kurkovun romanı onun şəxsi həyatı barədədir və buna görə də alt başlığı “Bir müdaxilənin gündəliyi”dir.

Kitabın qalın cildlə çap olunmuş daha 10 min nüsxəsi apreldə satışa çıxarılacaq.

Bu kitab Deep Vellum nəşriyyatı üçün bütün mənalarda rekorda çevrilib.

Uill Evans bu barədə deyib:

“Mən 10 illik naşirlik fəaliyyətim ərzində ədəbiyyata indiki müharibə qədər maraq oyadan başqa bir münaqişə görməmişəm”.

Naşir bu il daha iki Ukrayna yazıçısının kitablarını çap etməyi planlaşdırır.

Todd Prins yazır ki, bu hadisə ABŞ-da, Avropada və bütün dünyada insanların şüurunda gedən nəhəng dəyişiklikdən xəbər verir. O qeyd edir ki, bu, həm də Sovet İttifaqı dağılandan 30 il sonra Ukraynanın nəhayət Rusiyanın kölgəsindən çıxdığını göstərir.

Ukraynanı Rusiyaya tabe etdirməli, onu yoxa çıxarmalı olan münaqişə faktiki olaraq əks effekt verib.

Ukrayna işğal edilmiş torpaqlarını geri almaq uğrunda döyüşdüyü bir vaxtda bütün dünyada Ukrayna və onun mədəniyyətinə maraq, bu haqda məlumatlar artır.

Evans buna “şər deməsən xeyir gəlməz” fəlsəfəsi ilə yanaşır və deyir ki, indi dünya Ukraynanın harada olmasını, onun nə istəməsini bilir və bu istiqamətdə bədii ədəbiyyat xüsusi rol oynayır.

Başqa kiçik nəşriyyatlar da Ukrayna yazıçıları ilə müqavilələr imzaladıqca, tərcüməçilərin də işi başdan aşır.

Yale University Press nəşriyyatı tezliklə Jadanın “Sky Above Ukraine” (Ukraynanın başı üstündəki səma) kitabını çap edəcək. Bu kitab da hərbi müdaxilə barədə yazılmış avtobioqrafik əsərdir.

Seven Stories Press nəşriyyatı da Ukrayna yazıçısı və hərbçisi Artyom Çapeyenin hekayələr toplusunu çap etməyə hazırlaşır.

Əslində Ukraynaya artan maraq təkcə bədii ədəbiyyatla məhdudlaşmır. Qərbdə insanlar Ukrayna tarixi haqqında kitablar axtarır, Ukrayna incəsənəti və kinematoqrafı haqqında öyrənməyə, Ukrayna mətbəxinin təamlarını dadmağa çalışırlar.

ABŞ və Avropa boyunca minlərlə ailə evlərinin qapılarını Ukrayna qaçqınlarına açıb və onlar əvvəllər haqqında heç nə bilmədikləri ölkənin insanları ilə ünsiyyətdə olurlar.

24 saat” “
Ukraynanı dünyadan silməli olan müharibə onu dünyaya tanıtdı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button