2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Xarici agent”lər Rusiya Ədliyyə Nazirliyini məhkəməyə verib

Yayımlandı: 11 Oktyabr 2022 18:46

Onlar qərarın Rusiyanın Konstitusiyasına zidd olduğu qənaətindədirlər

Musiqiçi Andrey Makareviç, yumorist Mixail Şats və politoloq Valeri Solovey onları “xarici agent” elan edən Rusiyanın Ədliyyə Nazirliyini məhkəməyə verib.

Saytların yığılması Saytlarin yigilmasi

Hər üç iddiaçının maraqlarını vəkil Aleksandr Peredruk təmsil edir.
İddiaçılar Ədliyyə Nazirliyinin qərarının onların hüquq və azadlıqlarını pozduğunu və Rusiyanın Konstitusiyasına zidd olduğu qənaətindədirlər.

Andrey Makareviç Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən 2022-ci ilin sentyabrında fiziki şəxslər – “xarici agentlər” siyahısına daxil edilib.

Bu siyahı 2022-ci ilin aprelindən tərtib edilib və hazırda orada 32 nəfərin adı olduğu bildirilir.
Makareviçin siyahıya salınmasına səbəb kimi Ukraynadan maliyyələşdiyi göstərilib.

Makareviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qatı əleyhdarıdır. Müğənni müharibə başlayandan sonra etiraz əlaməti olaraq ailəsi ilə birlikdə İsrailə köçüb.

Mixail Şatsla Valeri Solovey Ədliyyə Nazirliyi tərəfindən 2022-ci ilin sentyabrında fiziki şəxslərin də daxil olduğu “media – xarici agentlər” siyahısına daxil edilib.

Bu siyahı 2017-ci ildən tətbiq edilir.

Mixail Şatsla Valeri Soloveyin hansı səbəbdən siyahıya salınması səbəbləri göstərilmir.
Makareviçlə Şats Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başladığıj ilk gündən açıq şəkildə müharibəyə qarşı çıxıblar.

Politoloq Valeri Solovyov 2022-ci il fevralın 16-da axtarışa verilib. Bundan sonra o, oğlu Pavellə birlikdə dindirilmə üçün İnstintaq Komitəsinə aparılıb. Politoloq Rusiya Cinayət Məcəlləsinin 282-ci (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması) maddəsi ilə əlaqədar olan cinayət işi üzrə şahid qismində dindirilərək daha sonra sərbəst buraxılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button