2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zelenskinin qəfil zəngi: Əliyevlə nədən danışıblar?

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 15-də axşam İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə, eləcə də göstərilən humanitar yardıma görə İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini də

Saytların yığılması Saytlarin yigilmasi

müzakirə ediblər.

Məlumat bununla bitir, başqa təfərrüatlar verilmir. Ancaq şübhəsiz ki, suallar ortaya çıxır. Axı zəng kifayət qədər gözlənilməz idi. Bəli, Azərbaycan uzun müddətdir ki, müharibə aparan Ukraynaya humanitar yardım edir, ora tonlarla ərzaq və dərmanla yüklənmiş təyyarələr göndərir. Bəzi xarici KİV-lər ölkəmizdən silah və sursatların da göndərildiyini iddia etsələr də, hələlik bu barədə rəsmi təsdiq yoxdur. Və təbii ki, Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.

Amma bütün bunlar çoxdan məlumdur və yeni xəbər deyil. Ona görə də Zelenskinin niyə məhz indi Əliyevə zəng etmək qərarına gəlməsi sualı yaranır. Çətin ki, yalnız minnətdarlıq ifadə etmək istəyib. Bu nəticəyə gəlmək üçün dahi olmaq lazım deyil. Elə buna görə də, iki ölkənin prezidentinin konkret nəyi müzakirə edə biləcəyi çox maraqlıdır. Onların əlaqə saxlamaq və danışmaq üçün müəyyən səbəbləri olub. Amma hansı səbəb? Görünən odur ki, Ukrayna indi müəyyən gərginlik yaşayır. Bu, Rusiyanın ötən il başladığı təcavüzün ildönümü ərəfəsində hansısa genişmiqyaslı hücuma hazırlaşdığı ilə bağlı səslənən narahatedici xəbərlərlə bağlıdır.

Bəs burada hansı gümanlar var?

Press Klubun suallarına tanınmış ukraynalı ekspertlər cavab veriblər.

“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin (Kiyev) rəhbəri Yaroslav Bojkonun sözlərinə görə, ilk növbədə, bu zəngin edildiyi zamanın kontekstinə nəzər salmağa dəyər.

“Rusiya Federasiyasının genişmiqyaslı işğalının ildönümü ərəfəsində Rusiya qoşunları tərəfindən işğal edilmiş qondarma “respublikaların” – Cənubi Osetiya və Abxaziyanın liderləri Kremlə dəvət olunublar. Paralel olaraq Putin və Lukaşenko arasında danışıqlar gedir. Mümkündür ki, Rusiya vəziyyəti gərginləşmək üçün işğal olunmuş əraziləri öz tərkibinə daxil etməklə daha dərin inteqrasiyaya hazırlaşır, ya da öz marionetlərindən ibarət yeni birliyin hibrid formatını yaradır. 

Bu kontekstdən yanaşanda, Zelenskinin Əliyevə, eləcə də Zelenskinin Tokayevə telefon zəngi məntiqli reaksiya kimi görünür. Ərazisində bu və ya digər formada separatizm təhlükəsinin mövcud olduğu Ukrayna, Azərbaycan və Qazaxıstan üçün sərhədlərin toxunulmazlığı məsələsi xüsusilə vacibdir. Postsovet məkanında sərhədlərin yenidən cızılması Rusiya Federasiyasının uzunmüddətli planlarına daxildir. Buna görə də, Kiyevin bu məsələdə maraqlı olmayan tərəfdaşlarla əməkdaşlığı dövlətin qorunması üçün prioritet olaraq qalır”, – Bojko hesab edir.

“Mən bu söhbətin çətin ki yalnız Ukrayna tərəfindən Azərbaycana minnətdarlıqdan ibarət olması fikri ilə razıyam”, – deyə, siyasi elmlər namizədi, Regional Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (Sumi Dövlət Universiteti) rəhbəri Nikolay Nazarov bildirib. 

– Baxmayaraq ki, söhbətin bundan başladığına əminəm və həqiqətən də Azərbaycana təşəkkür etmək üçün əsas var. Və təsdiq edə bilərəm ki, mətbuatda Azərbaycanın Ukraynaya təkcə humanitar deyil, həm də sursatla yardım etdiyi barədə məlumatlar yayılır. Amma yenə də inanıram ki, söhbətin bir hissəsi diplomatik mövzu ətrafında olub: Rusiyanın genişmiqyaslı işğalının ildönümündə beynəlxalq səhnədə Ukraynaya dəstək barədə”.

Bir müddət əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi: “Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün ildönümünü dünyanın necə qeyd edəcəyini xatırlayacaq. Fevralın 23 və 24-də Nyu-Yorkda böyük hadisələr baş verəcək və əslində bu iki gün müstəsna olaraq Rusiyanın dövlətimizə qarşı təcavüzünə və Ukraynanın gələcək qələbəsinə həsr olunacaq. Tədbirlər təkcə Nyu-Yorkda olmayacaq. Bu günlərdə bütün dünya düzgün istiqamətdə işləyəcək. Çox mühüm siyasi siqnallar olacaq, sanksiyalar, silahlarla bağlı qərarlar olacaq, birlik simvolları olacaq və bu, bütün səviyyələrdə baş verəcək”.

Nazarov hesab edir ki, Ukrayna prezidenti Azərbaycandan olan həmkarı ilə beynəlxalq platformalarda Ukraynaya daha fəal dəstək perspektivlərini müzakirə edə bilər.

“Məlumdur ki, Bakı açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin BMT-də səsvermə zamanı bitərəf qalır. Beləliklə, prezidentlər arasında söhbətin əsas mövzusu fevralın 23-24-də baş tutacaq diplomatik tədbirlərdə Azərbaycanın daha aydın mövqeyi ola bilər”, – Nəzərov yekunlaşdırıb.

Rauf Orucov

The post Zelenskinin qəfil zəngi: Əliyevlə nədən danışıblar? appeared first on 24 saat.

24 saat” “Zelenskinin qəfil zəngi: Əliyevlə nədən danışıblar?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button